Samuxda treninq- debat keçirildi.
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı ilə 27 sentyabr 2017-cı il tarixində Samux şəhərində “Kəndli fermer təsərrüfatlarında uçotun təşkili və alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində treyninq-debat keçirmişdir. Tədbiri çıxış sözü ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Samux rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Rahil Həsənov açmışdır. O, çıxışında ölkəmizdə həyata keçirilən islahatlarının kənd təsərrüfatının inkişafında rolundan bəhs etmişdi. Tədbirdə həmçinin Aqrar Elm İnformasiya və Məsləhət Mərkəzinin Gəncə regional Mərkəzinin aparıcı məsləhətçisi Firudin Əmiraslanov , AEİMM-in Gəncə regional Mərkəzinin aparıcı məsləhətçisi Elmir Qurbanov çıxış etmişdilər. Onlar da öz növbələrində layihənin kənd təsərrüfatı və fermer üçün əhəmiyyətindən danışmışdılar. Söz İRÖM-ün sədri, layihənin koordinatoru Ruslan Atakişiyevə verildi. O da tədbir iştirakçılarına Layihənin həyata keçirilməsində başlıca məqsədinin fermerlərin maliyyə alətlərinə çıxışlarının asanlaşdırılması olduğunu vurğulamışdır.., Ruslan Atakişiyev “ Mövcud maliyyələşmə kanalları - Girov, faiz və əlçatanlıq”, “ Alternativ maliyyə mənbələrinə çıxışın zəruriliyi - Ortaqlıq (muşaraka), vençur kapitalı (mudaraba), vədəli satış (murabaha) və icarə (lizinq); - Alternativ maliyyə alətləri üzrə praktiki misalların izahı; - Alternativ maliyyə alətləri üzrə iştirakçıların ideya təkliflərinin hazırlanması”, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti Radil Fətullayev isə “Kəndli fermer təsərrüfatlarında uçotun təşkilinin vacibliyi - İdarəetmədə uçotun vacibliyi”, “ Qərar qəbulunda uçotun vacibliyi”, “ Uğurlu layihələrin qiymətləndirilməsi”, və digər mövzularda fermerlərə təlimlər keçmiş, debat aparmışdılar. Tədbirin sonunda iştirakçılarla şəkillər çəkilmişdir.