Şamaxıda sahibkarlar üçün treninq kecirildi.
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı ilə 21 sentyabr 2016-cı il tarixində Şamaxı şəhərində “Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmənin əhəmiyyəti” üzrə treyninq-debat keçirmişdir. İRÖM-ün sədri, layihənin koordinatoru Ruslan Atakişiyev tədbir iştirakçılarına Layihənin həyata keçirilməsində başlıca məqsədin kiçik sahibkarlıq subyektlərinə Vergi ödəmənin əhəmiyyətini aşılamaqla onlarda könüllü ödəməyə meylin artırılmasına sövq etmək olduğunu vurğulamışdır. Sonra söz Vergilər Nazirliyi Şamaxı şəhəru 4 saylı Ərazi Vergilər İdarəsinin xidmət şöbəsində böyük dövlət vergi müfəttişi Həmidov İbadət Balaqardaş oğluna verilmişdir. O, da öz çıxışında verginin hər bir dövlətin iqtisadiyyatındakı müsbət rolundan danışmışdır. Bundan başqa şamaxı şəhəri 4 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Həmidov Əkbər Seyran oğlu da şamaxı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərini slamalayaraq treyninqin onlar üçün əhəmiyyətini vurğulamışdır. Tədbirdə firma rəhbərləri, mühasibləri, fiziki şəxslər iştirak etmişdir. İRÖM-ün eksperti, vergi mütəxəssisi Radil Fətullayevin “kiçik sahibkarlıq subyektlərinin vergi öhdəliklərinin növləri, hesabat mükələfiyyətləri, vergi siyasəti və vergilərlə bağlı qanunvericiliyə son düzəlişlər” mövzusunda iştirakçılara treyninq keçmişdir.Tədbirin sonunda iştirakçılarla şəkillər çəkilmişdir