Sumqayitda dəyirmi masa keçirildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi 5 iyul 2014-cü il tarixində saat 11:00-da Sumqayıt şəhərində (12 mikrorayon, Koroğlu prospekti 27a) Potensial Sumqayıt Mütəxəssislər Birliyinin konfrans zalında “Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirinin artırılması” layihəsi üzrə növbəti dəyirmi masa keçirmişdir.Tədbiri giriş sözü ilə açan İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri i.ü.f.d. Ruslan Atakişiyev tədbir iştirakçılarına layihənin təqdimatını da etmişdir. Ondan sonra Potensial Sumqayıt Mütəxəssislər Birliyinin sədri texnika üzrə fəlsəfə doktoru, dosent, Sahib Fərzəliyev probelmlə bağlı təklfilərini söyləmişdir. Bununla yanaşı tədbirin qonaqları olan İqtisadi Araşdırmalar Mərkəzinin vitse prezidenti Radil Fətullayev və Magistratura.az təhsil mərkəzinin direktoru Anar Nurəliyev də çıxış etmişdilər.Sonda iştirakçıların aktivliyi ilə mövzu ətrafında müzakirə keçirilmişdir.