Biznesdə uğura aparan yol "Şərikli Biznes"
Bu gün kiçik və orta sahibkarlığın dayanıqlı maliyyə təminatı sisteminin formalaşdırılması KOS-ların qarşısında dayanan ən aktual məsələlərindəndir. Bunları nəzərə alaraq,İqtisadi Resursların Öyrənilməsi ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regionlarda kiçik və orta sahibkarlığın alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılması” layihəsini icra etmişdir. Layihə çərçivəsində "Şərikli Biznes" kitabı nəşr olunmuşdur. Kitabda regionlarda kiçik və orta sahibkarlığın üzləşdiyi maliyyə mənbələrinə çıxış problemlərindən, bunun üçün ortaqlıq yolu ilə biznesə əlavə investisiyanın cəlbinin mümkünlüyündən və praktik həllərin irəli sürülməsindən bəhs edir.
Kitab 3 oktyabr 2019-cu ildə keçirilimiş "Şərikli biznes" təlimində iştirakçılara paylanılmışdır.