Az En


http://www.qhtxeber.az/news/a-18705.html

Beynəlxalq simpoziumun təşkilatçılarından biri QHT-dir

 

Yerləşdirilib: 21.09.12 | Baxılıb: 56

 

qhtxeber.az// Sentyabrın 25-də Bakıda Azərbaycan Dövlət İqtisad Universiteti, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi və Türkiyə Cümhuriyyəti İstanbul İqtisadi Araşdırmalar və Məsləhət İnstitutunun (İSEREC) birgə təşkilatçılığı ilə “Azərbaycanda Faizsiz maliyyə bazarının inkişaf prespektivləri” mövzusunda beynəlxalq simpozium keçiriləcək. İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyindən qhtxeber.az-a verilən məlumata görə, Simpoziumda Türkiyə, Rusiya, Pakistan, Səudiyyə Ərəbistanı, İran, eləcə də Azərbaycandan faizsiz maliyyə üzrə ekspertlər, universitet professorları və müəllimləri məruzələri ilə çıxış edəcəklər. 
Qeyd edək ki, qonaqların arasında İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyindən şöbə rəhbərləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən bankların, investisya və kredit təşkilatlarının rəhbərləri yer alır.

Hazırladı: Jalə 

 

http://www.movqe.az/v5/5823/%E2%80%9CAz%C9%99rbaycanda_Faizsiz_maliyy%C9%99_bazar%C4%B1n%C4%B1n_inki%C5%9Faf_prespektivl%C9%99ri%E2%80%9D/

“Azərbaycanda Faizsiz maliyyə bazarının inkişaf prespektivləri”

2012-09-25 17:37:11

Bu gün ( 25. 09. 2012) Bakıda, Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi, Azərbaycan Dövlət İqtisad Universiteti və Türkiyə Cümhuriyyəti İstanbul İqtisadi Araşdırmalar və Məsləhət İnstitutunun (İSEREC) birgə təşkilatçılığı ilə "Azərbaycanda Faizsiz maliyyə bazarının inkişaf prespektivləri” mövzusunda beynəlxalq simpozium keçirildi. Simpoziumda yerli mətbuat nümayəndələri və iqtisadçı alimlərə yanaşı bir neçə müsəlman ölkələrinin iqtisadçıları da yer almışdı. 3 bölmədən ibarət olan simpoziuma açılış çıxışı ilə İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev başladı. Daha sonra isə söz Milli Məclisin deputatları Vahid Əhmədov və Hadı Rəcəbliyə verildi. Millət vəkilləri də müvafiq olaraq Azərbaycanın maliyyə və pul kredit bazarındakı bir sıra problemlərə toxunaraq, onların aradan qaldırılması istiqamətində fikirlərlə çıxışlarını başa vurdular. Daha sonra isə simpoziumun baş sponsoru olan "Ansar Lizing” şirkətinin prezidenti Ceyhun Nağıyev iştirakçıları salamladı. Şirkət prezidenti Azərbaycanda İslam bançılığının inkişafı üçün qanunvericilikdə yer almış bəzi boşluqların aradan qaldırılmasını təklif etdi. Ceyhun Nağıyevin çıxışından sonra artıq simpoziumun plenar iclası başladı. Plenar iclasa çıxış birincisi olaraq söz İstanbul İqtisadi Araşdırmalar və Məsləhət İnstitutunun rəhbəri Doç. Dr. Servet Bayındıra verildi. Qonaq çıxışını dünyada müasir faizsiz maliyyə alətlərinin fiqhi (İslam hüququ ) dəyərləndirilməsi üzərində qurdu. Bundan sonra isə "gələcəyə baxış” adı altında İqtisad Universitetinin Elm və İnnovasiya üzrə prorektoru, professor Əvəz Bayramov islam cəmiyyətində maliyyələşmənin iqtisadi-fəlsəfi interpretasiyası haqqında danışdı. Müəyyən fasilədən sonra rəhbəri İqtisadi Araşdırmalar üzrə Elmi Tədqiqat İnstitutunun direktoru professor Rasim Həsənov olmaqla simpoziumun birinci bölməsi başladı. Birinci bölmə Səudiyyə Ərəbistan və Pakistandan təşriv almış və yerli iqtisadçıların müzakirələri ilə davam etdi. Hissədə əsasən universitetlər arasında e-ipək yolu layihəsi vasitəsi ilə koordinasiyanın təşkil edilməsi, qlobal kapital bazarlarının inkişafında islam maliyyə alətlərinin yeri və rolu ən nahət isə Azərbaycanda islam maliyyə sisteminin tətbiqinin mümkünlüyü barəsində müzakirələr oldu. Fasilədən sonra isə simpoziumun ikinci hissəsi başldı. İrandan olan Faranak Bavardeh və Türkiyə Universitetinin mühazirəçisi Fatih Orumun çıxışlarından sonra simpoziumun təşkilatçılarından biri İqtisadi Resusrların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev dövlət, özəl sektor və ictimai təsisatların məsuliyyətliliyi əsasında Azərbaycanda maliyyə sisteminin formalaşdırılmasından bəhs etdi. Əlavə olaraq İbn Xaldunun iqtisadi-sosial inkişaf perspektivlərinə baxış və islam hüququnda bankçılıq əməliyyatlarının əsasını təşkil edən əqdlərə də toxunuldu. Simpoziumun üçüncü hissəsi isə islamda iqtisadiyyat və biznes fəaliyyətinin təşviqi, Türkiyə və Keçmiş Sovet İttifaqı ölkələrində islam bankçılıq modelinin tətbiqi problemlərinə toxunuldu. Müzakirələr Pakistandan olan Hafiz Ghufran Ali Khanın çıxışı ilə başlayıb, Türkiyəli bank işçisi Fatih Bulaçın fikirləri ilə davam etdi. Hissəyə isə İqtisad Universitetinin Bank işi kafedrasının müəllimi, iqtisad elmləri doktoru, professor Zahid Məmmədovun nitqi ilə son qoyuldu. Sonda isə beynəlxalq simpozimun bağlanış nitqləri səsləndi.

26.09.2012 tarixdə isə simpoziuma qoşulan xarici qonaqlar üçün Bakı şəhərində turun keçirilməsi nəzərdə tutulub.

 

http://www.aseu.az/index.php?option=com_k2&view=item&id=764&Itemid=163&lang=az

ADİU-da «Azərbaycanda Faizsiz maliyyə bazarının inkişaf perspektivləri» mövzusunda beynəlxalq simpozium keçirildi

Sentyabrın 25-də Bakıda Azərbaycan Dövlət İqtisad Universteti (ADİU), İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi və Türkiyə Cümhuriyyəti İstanbul İqtisadi araşdırmalar və Məsləhət İnstitutunun (İSERES) birgə təşkilatçılığı ilə «Azərbaycanda Faizsiz maliyyə bazarının inkişaf perspektivləri» mövzusunda beynəlxalq simpozium keçirildi. Məqsəd faizsiz maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, sahibkarları, investorları, ictimai xadimləri, jurnalistləri, dövlət işçilərini və digər maraqlı tərəfləri bir araya toplayaraq mövzu ətrafında müzakirələr təşkil edərək təklifləri toplamaq, Azərbaycanda yeni investisiya imkanlarını təqdim etmək, iştirakçılar arasında əməkdaşlığın gələcək formalarını işləyib hazırlamaqdan ibarət idi.

Simpoziumda Türkiyə, Rusiya, Pakistan, Səudiyyə Ərəbistanı, İran, eləcə də Azərbaycandan faizsiz maliyyə üzrə ekspertlər, universitet professorları və müəllimləri məruzələri ilə çıxış etdilər. Qonaqların arasında İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyindən şöbə rəhbərləri, Milli Məclisin deputatları, ölkədə fəalyyət göstərən bankların, investisiya və kredit təşkilatlarının rəhbərləri yer aldı.

Tədbiri Azərbaycan Dövlət İqtisad Universtetinin rektoru, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev açdı. O bütün iştirakçıları salamlayaraq faizsiz maliyyə sisteminin Azərbaycan üçün önəmindən bəhs etdi. Sonra söz simpoziumun baş sponsoru Ansar Lizinq şirkətinin prezidenti Ceyhun Nağıyevəverildi. C. Nağıyev belə bir tədbirə maliyyə vəsaiti ayırdıqlarından böyük məmnunluq hissi duyduğunu bildirdi.

Sonra yerli və xarici mütəxəssislərin mühazirələri dinlənildi. Onların arasında Türkiyənin İstanbul İqtisadi Araşıdrmlar və Məsləhət İnstitutunun rəhbəri Dos. Dr. Servet Bayındır, ADİU-nun Elm və İnnovasiya üzrə prorektoru prof., i.e.d. Əvəz Bayramov,Səudiyyə Ərəbistanı Umm Al-Qura Universitetinin mühazirəçi prof. Mohammad Alcarf, Pakistan Şəhid Zulfiqar Əli Butto adına Elm və texnologiya İnstitununun (SZABİST) mühazirəçisi Dosent i.f.d. Sanaullah Ansari, ADİU-nun İqtisadi nəzəriyyə-2 kafedrasının müdiri prof. Məhəmmədhəsən Meybullayev, ADİU-nun İqtisadi Araşdırmalar üzrə Elmi-Tədqiqat İnstitununun direktoru prof., i.f.d. Rasim Həsənov, İranın Azərbaycan Milli Elmlər Akademiyasının tədqiqatçısı i.f.d. Faranak Bavardeh, İstanbul Universitetinin mühazirəçisi dos. Dr. Fatih Orum, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri i.f.d. Ruslan Atakişiyev, Pakistan Beynəlxalq İslam Universitetinin mühazirəçisi i.f.d. Hafiz Ghufran Ali Khan, Türkiye Finans Katılım Bankının Maliyyə institutları şöbəsinin müdiri Fatih Bulaç, ADİU-nun Bank işi kafedrasının müəllimi prof., i.e.d. Zahid Məmmədov yer alırdı.

Sonda növbəti dövr üçün fəaliyyət planı qəbul edildi.

 

http://milli.az/news/economy/140500.html

Deputat: "Azərbaycan faizsiz maliyyələşdirmə sistemindən istifadənin imkanlarını öyrənməlidir" - YENİLƏNİB

25 SENTYABR 2012 [12:21] - MİLLİ.AZ

 12:21

Faizsiz maliyyələşdirmə sistemindən istifadə müəyyən iqtisadi kataklizmlər barədə xəbərdarlıq edə bilər. Ona görə də Azərbaycan üçün bu sistemdən istifadə imkanlarını nəzərdən keçirmək vacibdir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev çərşənbə axşamı Bakıda "Azərbaycanda islam maliyyə bazarının inkişaf perspektivləri" mövzusunda simpoziumun açılışında bildirib.

"Bu sistemin cəmi 40 ilə yaxın tətbiq olunmasına baxmayaraq, bu gün islam (faizsiz) maliyyələşdirməsinin inkişafında müsbət tendensiya müşahidə olunur. Bu sistemdən istifadə imkanlarına baxılması əhalinin 90 faizə yaxınını müsəlmanların təşkil etdiyi Azərbaycan üçün heç də az əhəmiyyətə malik deyil", - simpoziumun baş sponsoru kimi çıxış edən "Ansar Leasing Company" lizinq şirkətinin baş direktoru Ceyhun Nağıyev bildirib.

Nağıyev hesab edir ki, Azərbaycanda maliyyələşdirmənin bu istiqamətinin inkişafı üçün həm qanunvericilik, həm də elmi nöqteyi-nəzərdən bu məsələyə baxılması tələb olunur.

Simpoziumda Azərbaycan, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanından islam maliyyələşdirməsi üzrə ekspertlər, professorlar və pedaqoqlar, azərbaycanlı deputatlar, İqtisadi İnkişaf, Maliyyə və Vergilər nazirliklərinin, eləcə də yerli bankların, lizinq və investisiya şirkətlərinin nümayəndələri iştirak edirlər.

Simpozium çərçivəsində Azərbaycanda alternativ maliyyə mənbəyi kimi islam maliyyə bazarının icmalı, bu gün və gələcəkdə Azərbaycanda islam maliyyə bazarının formalaşma perpektivləri, Azərbaycandakı investisiya layihələrində islam maliyyə institutlarının iştirakı imkanları, islam bankçılığı sahəsində fəaliyyət göstərən beynəlxalq institutların yerli maliyyə institutları ilə əməkdaşlığının formalaşması yolları müzakirə olunacaq.

Bu gün dünya maliyyə bazarında islam kapitalının payı 1,3 trilyon dollar həcmində dəyərləndirilir. Faizsiz maliyyələşdirmənin bu sistemi dünyanın 74 ölkəsində 400-dən artıq maliyyə təşkilatında tətbiq edilir.

-----------
11:49

Faizsiz maliyyələşdirmə sistemindən istifadə müəyyən iqtisadi kataklizmlər barədə xəbərdarlıq edə bilər. Ona görə də Azərbaycan üçün bu sistemdən istifadə imkanlarını nəzərdən keçirmək vacibdir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev çərşənbə axşamı Bakıda "Azərbaycanda islam maliyyə bazarının inkişaf perspektivləri" mövzusunda simpoziumun açılışında bildirib.

Milli.Az

 

http://azertag.com/node/1002016

Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq simpozium keçiriləcəkdir-A+A

17.09.2012 [16:01]

Bakı, 17 sentyabr (AzərTAc). Sentyabrın 25-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Azərbaycanda faizsiz maliyyə bazarının inkişaf perspektivləri” mövzusunda beynəlxalq simpozium keçiriləcəkdir. 
ADİU-dan AzərTAc-a bildirmişdir ki, beynəlxalq tədbiri bu ali təhsil müəssisəsi İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi və Türkiyənin İstanbul İqtisadi Araşdırmalar və Məsləhət İnstitutu ilə (İSEREC) birgə həyata keçirəcəkdir.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

 

 

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=15541

26.09.2012

Bakıda «Azərbaycanda faizsiz maliyyə bazarının inkişaf perspektivləri» mövzusunda beynəlxalq simpozium işə başlamışdır

 

Sentyabrın 25-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Azərbaycanda faizsiz maliyyə bazarının inkişaf perspektivləri" mövzusunda beynəlxalq simpozium işə başlamışdır.

AzərTAc xəbər verir ki, beynəlxalq tədbiri ADİU, "İqtisadi Resursların Öyrənilməsi" İctimai Birliyi və Türkiyənin İstanbul İqtisadi Araşdırmalar və Məsləhət İnstitutu (İSEREC) birgə təşkil etmişlər.

Milli Məclisin deputatlarının, ayrı-ayrı nazirliklərin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin, ölkədə fəaliyyət göstərən bankların, investisiya və kredit təşkilatlarının rəhbərlərinin iştirak etdikləri konfransda ADİU-nun rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Şəmsəddin Hacıyev faizsiz maliyyə sisteminin Azərbaycan üçün əhəmiyyətindən bəhs etmiş, konfransın işinə uğurlar arzulamışdır.

Bildirilmişdir ki, tədbirin məqsədi faizsiz maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, sahibkarları, investorları, ictimai xadimləri, jurnalistləri və dövlət işçilərini bir araya gətirməklə, mövzu ətrafında müzakirələr aparmaq, təkliflər irəli sürməkdir. Eyni zamanda, məqsəd Azərbaycanda yeni investisiya imkanlarını təqdim etmək, iştirakçılar arasında əməkdaşlığın gələcək formalarını işləyib hazırlamaqdan ibarətdir.    

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, parlamentin deputatı Vahid Əhmədov və "Ansar Lizinq" şirkətinin prezidenti Ceyhun Nağıyev iştirakçıları təbrik etmiş, tədbirin əhəmiyyətini vurğulamışlar.

Plenar iclasda İSEREC-in rəhbəri, Türkiyənin İstanbul Universitetinin dosenti Servet Bayındırın "Müasir faizsiz maliyyə alətlərinin islam hüququ" və ADİU-nun elm və innovasiya üzrə prorektoru professor Əvəz Bayramovun "İslam cəmiyyətində maliyyələşmənin iqtisadi-fəlsəfi interpretasiyası: gələcəyə baxış" mövzularında elmi məruzələri dinlənilmişdir.

Bölmə iclaslarında Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Rusiya, İran və eləcə də Azərbaycandan faizsiz maliyyə üzrə ekspertlərin və alimlərin elmi məruzələri dinləniləcək, müzakirələr aparılacaqdır.

Sentyabrın 26-da simpozium işini davam etdirəcəkdir.

  

http://ser.az/az/news-view/31/

Azərbaycanda Faizsiz maliyyə bazarının inkişaf perspektivləri"

28.09.2012

Sentyabrın 25-də Bakıda Azərbaycan Dövlət İqtisad Universteti (ADİU), İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi və Türkiyə Cümhuriyyəti İstanbul İqtisadi araşdırmalar və Məsləhət İnstitutunun (İSERES) birgə təşkilatçılığı ilə «Azərbaycanda Faizsiz maliyyə bazarının inkişaf perspektivləri» mövzusunda beynəlxalq simpozium keçirildi. Məqsəd faizsiz maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, sahibkarları, investorları, ictimai xadimləri, jurnalistləri, dövlət işçilərini və digər maraqlı tərəfləri bir araya toplayaraq mövzu ətrafında müzakirələr təşkil edərək təklifləri toplamaq, Azərbaycanda yeni investisiya imkanlarını təqdim etmək, iştirakçılar arasında əməkdaşlığın gələcək formalarını işləyib hazırlamaqdan ibarət idi.Simpoziumda Türkiyə, Rusiya, Pakistan, Səudiyyə Ərəbistanı, İran, eləcə də Azərbaycandan faizsiz maliyyə üzrə ekspertlər, universitet professorları və müəllimləri məruzələri ilə çıxış etdilər. Qonaqların arasında İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyindən şöbə rəhbərləri, Milli Məclisin deputatları, ölkədə fəalyyət göstərən bankların, investisiya və kredit təşkilatlarının rəhbərləri yer aldı. Tədbiri Azərbaycan Dövlət İqtisad Universtetinin rektoru, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev açdı. O bütün iştirakçıları salamlayaraq faizsiz maliyyə sisteminin Azərbaycan üçün önəmindən bəhs etdi. Sonra söz simpoziumun baş sponsoru Ansar Lizinq şirkətinin prezidenti Ceyhun Nağıyevəverildi. C. Nağıyev belə bir tədbirə maliyyə vəsaiti ayırdıqlarından böyük məmnunluq hissi duyduğunu bildirdi.Sonra yerli və xarici mütəxəssislərin mühazirələri dinlənildi. Onların arasında Türkiyənin İstanbul İqtisadi Araşdırmlar və Məsləhət İnstitutunun rəhbəri Dos. Dr. Servet Bayındır, ADİU-nun Elm və İnnovasiya üzrə prorektoru prof., i.e.d. Əvəz Bayramov, Səudiyyə Ərəbistanı Umm Al-Qura Universitetinin mühazirəçi prof. Mohammad Alcarf, Pakistan Şəhid Zulfiqar Əli Butto adına Elm və texnologiya İnstitununun (SZABİST) mühazirəçisiDosent i.f.d. Sanaullah Ansari, ADİU-nun İqtisadi nəzəriyyə-2 kafedrasının müdiriprof. Məhəmmədhəsən Meybullayev, ADİU-nun İqtisadi Araşdırmalar üzrə Elmi-Tədqiqat İnstitununun direktoru prof., i.f.d. Rasim Həsənov, İranın Azərbaycan Milli Elmlər Akademiyasının tədqiqatçısı i.f.d. Faranak Bavardeh, İstanbul Universitetinin mühazirəçisi dos. Dr. Fatih Orum, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri i.f.d. Ruslan Atakişiyev, Pakistan Beynəlxalq İslam Universitetinin mühazirəçisi i.f.d. Hafiz Ghufran Ali Khan, Türkiye Finans Katılım Bankının Maliyyə institutları şöbəsinin müdiri Fatih Bulaç, ADİU-nun Bank işi kafedrasının müəllimi prof., i.e.d. Zahid Məmmədov yer alırdı. Sonda növbəti dövr üçün fəaliyyət planı qəbul edildi.

 

© All rights reserved. Design by Web City