Az En

Beynəlxalq konfrans haqqında ümumi məlumat:      

 

 

Maliyyə mənbələrinin dayanıqlı inkişafı, onlara çıxış imkanlarının asanlığı və kapital resurslarından səmərəli istifadə olunması mikro və makro səviyyədə iqtisadi tərəqqinin əldə olunmasını şərtləndirən başlıca amillərdən biridir.

Maliyyə bazarının müasir inkişaf mərhələsi onun yeni məhsullarının üzə çıxması ilə şərtlənir. Bu qəbildən keçən əsrin ortalarından başlayaraq meydana çıxan İslam maliyyə institutları getdikcə dünya kapital bazarının inkişafında mühüm rol oynamağa başlamışdır. Qısa bir tarixi yol keçməsinə baxmayaraq İslam kapitalı bu gün dünya maliyyə bazarında 1,3 trln. ABŞ dollarındakı həcmə malikdir. Dünyanın artıq 74 ölkəsində 400-dən çox maliyyə təşkilatı bu yeni sistemi tətbiq edir.

Müasir rəqabət şəraitində yüksək maliyyə bazarının daha da inkişaf etdirilməsi, kapital axınlarının hərəkətinin asanlaşdırılması, investisiya imkanlarının genişləndirilməsi kapital alətlərinin çoxaldılması məqsədilə İslam maliyyə sisteminin formalaşdırlması mühüm əhəmiyyət kəsb edir.

Bu reallığı nəzərə alaraq da Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türkiyə İktisadi Araştırmalar Merkezi (İKAME) və İqtisadi Resursların Öyrənilməsi Mərkəzi birgə olaraq 19 fevral 2015-ci il tarixində Bakı şəhərində “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəlxalq toplantını keçirəcəklər.

Tədbiri keçirməkdə məqsəd İslam maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, ictimai xadimləri, investorları və digər maraqlı tərəfləri bir araya toplayaraq mövzu ətrafında müzakirələr təşkil edərək təkliflər toplamaq, innovativ fikirləri paylaşmaq, iştirakçıların təmsil olunduqları ölkələr üçün İslam maliyyəsinin tətbiqi sahəsində tövsiyələr hazırlamaqdan ibarətdir.

 

Konfrans zamanı aşağıdakı mövzular üzrə bölmələr təşkil olunacaq:

1. İslam Bankçılığı;

2. İslam maliyyəsi üzrə Sığorta fəaliyyəti;

3. Lizinq və digər maliyyə alətləri;

4. Zəkat və xeyriyyə fondları;

5. İslam maliyyəsi üzrə Şərq və Qərb mütəfəkkirlərinin yanaşmaları;

6. İslam maliyyəsinin nəzəriyyəsi və metodologiyası

7. İslam maliyyə mühitinin formalaşdırılması

8. İslam Konfransı Ölkələri arasında investisiyaların axınının sürətlənməsində İslam maliyyə alətlərinin rolu

Beynəlxaql konfransda məqalə təqdim edərək çıxış etməklə iştirak:

QEYD: Bunun üçün iştirakçı annotasiya və məqaləsini, qeydiyyat formasında çıxış istəyini göstərməklə təşkilat komitəsinə müraciət etməlidir

Bir müəllif yalnız bir məqalə mövzusu ilə çıxış edə bilər;

Məqalə annotasiya və əsas mətn hissəsindən ibarət olur;

Məqalələr konfransın adına və bölmələrdə müzakirəsi planlaşdırılan mövzulara uyğun olmalıdır.

Annotasiya hissəsi ilə bağlı tələblər:

Məqalə azərbaycan, türk, ingilis və ərəb dillərində yazılsa da onun annotasiyası mütləq ingilis dilində tərtib olunmalıdır;

Annotasiya 1 səhifədən çox olmamalıdır. Maksim. 400 söz;

Office Word və PDF şəklində olmalıdır;

Səhifə ölçüləri A4 (210mm x 297mm) 19mm bütün tərəflərindən yer buraxılmalı

Font: Arial, 12 ölçüdə, sətrarası məsafə 1.0;

Məqalənin adı: 85 işarədən çox olmamaqla, 12 şrift və bold (yağlı) yazıda;

Əsas müəllif: adı, familiyası, vəzifəsi, işlədiyi yer

Əlaqə məlumatları: tam ünvanı, telefon nömrələri, e-mail&website məlumatları;

Müştərək müəllif: adı, familiyası, vəzifəsi, işlədiyi yer;

Açar sözlər: maksimum 6 açar söz yazmağınız xahiş olunur;

Geniş mətn üçün olan tələblər:

Minimum 4 səhifə - maksimum 12 səhifə olmaqla, bura bütöv mətn, cədvəllər, şəkillər, ədəbiyyat siyahısı daxildir;

Office Word və PDF şəklində olmalıdır;

Səhifə ölçüləri A4 (210mm x 297mm) 19mm bütün tərəflərindən yer buraxılmalı

Font: Arial, 12 ölçüdə, sətrarası məsafə 1.0;

Mətnin içərisində istinad və sitatlar: Harvard stilində olmalıdır, məsələn: (Jones, 2003), ədəbiyyat siyahısı və istinadlar əlifba srasına uyğun yazılmalıdır.

 

QEYD: Konfransın adına və bölmələrdə müzakirəsi planlaşdırılan mövzulara uyğun gəlməyən məqalələr təşkilat komitəsi tərəfindən çıxış üçün tövsiyə edilməyəcəkdir.

Beynəlxalq konfransda məqalə təqdim edərək çıxış edən iştirakçı ilə bağlı xərclər: konfransın Təşkilat Komitəsi tərəfindən məqaləsi çıxış və təqdimat üçün seçilmiş iştirakçıların Bakı şəhərində yerləşdirilməsi və qalması, tədbirlə bağlı material, qidalanma və sosial tədbirlərlə bağlı bütün xərcləri tədbirin ev sahibləri tərəfindən ödəniləcəkdir.

İştirakçıların vətənlərindən Azərbaycanın paytaxtı Bakı şəhərinə gəlməsi və qayıtması o cümlədən viza işləri ilə bağlı xərclər xarici qonaqların özləri tərəfindən ödənilir.

 

Beynəlxalq konfransa qeydiyyat qaydaları: Tədbirdə iştirak etmək istəyən şəxslər əlavədə göstərilmiş (bax: qeydiyyat blankı) formanı doldurub birbaşa olaraq ruslanatakishiyev@yahoo.com, və ya (+99412) 436 86 74 nömrəli faksa o cümlədən AZ1065, Azərbaycan, Bakı şəhəri, Murtuza Muxtarov küç, 194 ünvanına göndərə bilərlər.

Qeyd: Göstərilən vasitələrdən biri ilə qeydiyyatdan keçib təsdiq cavabı alanlara digər yollardan istifadə etməyə ehtiyac yoxdur.

Əlaqələndirici şəxs: Ruslan Atakişiyev

 

QEYD: ƏRƏB DİLİNDƏ BEYNƏLXALQ KONFRANSA MƏQALƏ TƏQDİM EDƏNLƏRDƏN XAHİŞ OLUNUR Kİ, EMAİL YAZIŞMALARINDA ONLARA

YAXIN OLAN İNGİLİS, TÜRK, RUS, FRANSIZ DİLLƏRİNİN BİRİNDƏN İSTİFADƏ ETSİNLƏR.

 

Beynəlxalq konfransın keçirilmə vaxtı və məkanı: 19 fevral 2015-ci il, Azərbaycan, Bakı şəhəri,

© All rights reserved. Design by Web City