az | en |

1-ci prinsip: İşgüzar dairələr beynəlxalq səviyyədə bəyan edilmiş insan hüquqlarını öz təsir dairələri çərçivəsində dəstəkləməli və bu hüquqlara hörmət etməlidirlər;

2-ci prinsip: İşgüzar dairələr insan hüquqlarının pozulmasında iştirak etmədiklərini təmin etməlidirlər.

Beynəlxalq səviyyədə bəyan edilmiş insan hüquqlarının dəstəklənməsi və bu hüquqlara hörmət şirkətlər insan hüquqlarının birbaşa pozulması

ilə nəticələnən və ya bu hallara dolayı yolla şərait yaradan və yaxud səbəb olan əməllərdən çəkinməlidirlər. 

Bu o deməkdir ki, şirkətlər fəaliyyət göstərdikləri ölkələrdə insan hüquqlarının pozulmasına heç bir vəchlə şərait yaratmamalıdırlar.

Eyni zamanda, onlar insan hüquqlarının təşviqinə necə tövhə verəcəklərini nəzərdən keçirməlidirlər. Bununla əlaqədar olaraq, xüsusi

əhəmiyyət kəsb edən bəzi insan hüquqlarına ayrı-seçkilikdən azad olmaq, yaşamaq, azad və təhlükəsiz şəraitdə olmaq, köləliyə salınmamaq,

və ya qeyri-insani və ya alçaldıcı münasibətə məruz qalmamaq, istirahət etmək və asudə vaxta malik olmaq, təhsil almaq, münasib yaşayış

normalarına sahib çıxmaq hüquqları daxildir. İnsan hüquqlarının pozulmasında iştirakdan boyun qaçırmaq şirkətlər bir sıra müxtəlif sahələrdə

 insan hüquqlarının pozulmasına cəlb edilmək riski ilə üzləşə bilərlər. Şirkət insan hüquqlarının pozulmasındakı hər hansı birbaşa və dolayısı

iştirakdan fəal şəkildə boyun qaçırmalıdır. Prinsiplərin həyata keçirilməsi şirkət ilk növbədə öz törəmə qurumları və təchizatçılarından

fəaliyyət göstərdikləri ölkələrdə yerli qanunvericiliyə riayət etmələrini tələb etməlidir. Bundan başqa, şirkət təchizatçıya aid təlimatlarda insan

hüquqlarına aid konkret tələblər irəli sürə bilər və ola bilsin ki, bu təlimatlar təchizatçı ilə bağlanmış müqaviləyə əlavə edilsin. Şirkət

müvafiq seminarlar və işçilər və yerli rəhbərliklə mütəmadi əlaqələr vasitəsi ilə insan hüquqlarının nə dərəcədə və hansı səbəbdən şirkət və

işçilər üçün mühüm məsələ olması haqqında ümumi anlaşmanı möhkəmləndirməyə çalışa bilər.