az | en |

7-ci prinsip: İşgüzar dairələr ekoloji təhtitlərə ehtiyatla yanaşmanı dəstəkləməlidirlər;

8-ci prinsip: İşgüzar dairələr daha böyük ekoloji öhdəlikləri nəzərdə tutan təşəbbüslər irəli sürməlidirlər;

9-cu prinsip: İşgüzar dairələr ekoloji cəhətdən zərərsiz texnologiyaların işlənib hazırlanmasına və yayılmasına şərait yaratmalıdırlar.

Ehtiyatlı yanaşma

Rio Bəyannaməsi davamlı inkişaf zamanı ətraf mühitin mühafizəsinə ehtiyatlı yanaşmanın tələb olunduğunu təsdiq edir. Ehtiyatlı yanaşma

mənfi ekoloji təzahürlər (belə təzahürlərin hətta elmi sübutu olmadıqda belə) yarada biləcək işlərə başlanması zamanı qabaqlayıcı tədbirlərin

həyata keçirilməsindən ibarətdir. Şirkətlər üçün ehtiyatlı yanaşma vurulmuş ziyanın aradan qaldırılması deyil, diqqətin dəyə biləcək ekoloji

ziyanın qarşısının alınmasına yönəldilməsi deməkdir. Qabaqlayıcı tədbirlərin görülməsi üçün şirkətin məhsullarının istehsalı və istehsalat

prosesləri nəticəsində yaranan risklər haqqında aydın təsəvvür olmalıdır. Təcrübədə bunun üçün risklərin mütəmadi şəkildə

qiymətləndirilməsi nəzərdə tutula bilər.

Ekoloji məsuliyyət

Şirkətlər ekoloji məsələlərin öz siyasət, qərar və fəaliyyətlərinə daxil etdiklərinə görə dəstəklənirlər. Bu, ekoloji işlərdə şirkətlər tərəfindən

yaranmış problemlərə cavab verməkdən daha çox baş verən yeniliklər haqqında məlumatlı olmaq üçün yeni imkanların axtarılmasına

çalışmaqla, daha işlək yanaşmanı nəzərdə tutur.

Ekoloji cəhətdən zərərsiz texnoligiyaların işlənib hazırlanması və yayılması

Burada “texnologiyalar” sözü çox geniş mənada başa düşülməlidir, çünki o, yenilikləri, prosedurları, avadanlıqları, malları, xidmətləri,

həmçinin təşkilati və idarəçilik proseslərini özündə əks etdirir. Ekoloji cəhətdən zərərsiz texnologiyalar əvəz etdikləri texnologiyalarla

müqayisədə ətraf mühiti mühafizə edir, daha az çirkləndirir, resursları daha səmərəli və davamlı qaydada istifadə edir, istehsal edilmiş daha

çox məhsulu və əmələ gəlmiş tullantını təkrar istifadə edir. Beləliklə, burada məqsəd inkişafın artırılmasından və ətraf mühitə daha

az təsir edən məhsullar və istehsalat proseslərinin istifadəsindən ibarətdir. Əksər hallarda ekoloji cəhətdən zərərsiz texnologiyaların qəbul

edilməsi resursların qənaətinə gətirib çıxarır, və bunula da əksər şirkətlər üçün birbaşa iqtisadi fayda ilə nəticələnir.