az | en |

3-cü prinsip: İşgüzar dairələr azad birləşmək və kollektiv danışıqlar aparmaq hüququnun səmərəli şəkildə tanınmasını dəstəkləməlidirlər;

4-cü prinsip: İşgüzar dairələr məcburi və icbari əməyin bütün formalarının aradan qaldırılmasını dəstəkləməlidirlər;

5-ci prinsip: İşgüzar dairələr uşaq əməyinin qəti şəkildə qadağan edilməsini dəstəkləməlidirlər;

6-cı prinsip: İşgüzar dairələr məşğulluq və işlə təmin olunma məsələlərində ayrı-seçkiliyi aradan qaldırmalıdırlar.

Azad şəkildə birləşmək və kollektiv danışıqlar aparmaq hüququ şirkət işəgötürənlərlə işçilər arasında konstruktiv dialoqa şərait

yaratmalıdır. Azad şəkildə birləşmək o deməkdir ki, işçilər öz seçimləri əsasında hansısa birləşməyə qoşulub-qoşulmamaq hüququna

malikdirlər. İşəgötürənlər işçilərin birləşmək haqqında qərarlarına müdaxilə etməməli və işçinin nümayəndəsinə qarşı ayrı-seçkiliyə yol

verməməlidirlər. Bundan əlavə, işçilərin kollektiv danışıqlaraparmaq hüququna hörmətlə yanaşılmalıdır. Məcburi əmək və uşaq əməyi

şirkətlər məcburi əməyin (yəni cəza tətbiq etmək təhlükəsi altında insandan hər hansı əməyin hasil edilməsi və bu əmək üçün insanın öz

xidmətlərinikönüllü qaydada təklif etməməsi) hər hansı formasına cəlb olunmaqdan boyun qaçırmalıdırlar. Ümumiyyətlə çox az sayda şirkət

məcburi əməkdən birbaşa istifadə edir. Lakin məcburi əməyə təchizatçılar, podratçılar və ya xaricdə çalışan tərəfi-müqabillər vasitəsi ilə cəlb

olunma təhlükəsi hələ də mövcuddur. Məcburi əmək çox ölkələrdə mövcuddur, və buna görə də şirkətlər müxtəlif ölkələrdə və sənaye

sahələrində mövcud risklər haqqında məlumatlı olmalıdırlar.

Ayrı-seçkilik / Diskriminasiya

Diskriminasiya insanın işlə təmin edilməsi və işə götürüldükdən sonra onunla necə rəftar edilməsindən asılı olaraq baş verə bilər.

Diskriminasiya insanların irqi, cinsi, seksual, etnik və ya sosial mənşəyi, həmçinin dini və yasiyasi əqidəsi zəminində onlarla fərqli rəftar

etmək deməkdir. 6-cı prinsipə uyğunlaşma şirkətin siyasətində, fəaliyyətində, həmçinin tərəfi-müqabilləri arasında diskriminasiyanın bütün

formalarına qarşı mübarizənin aparılması deməkdir. Prinsiplərin həyata keçirilməsi şirkət əmək standartlarına dair 4 prinsiplə əlaqədar

öhdəliyin əks olunmasına əmin olmaq üçün strateji səviyyədə öz mövcud siyasət və strategiyalarının nəzərdən keçirilməsinə başlaya

bilər. Bunun bir hissəsi kimi, şirkət mövcud işəgötürmə praktikası və təhlükəsiz iş şəraitinin təmin edilməsi ilə əlaqədar fəaliyyətlərinin

qiymətləndirilməsini apara bilər. Şirkət, həmçinin təchizatçılardan BƏT-in əmək konvensiyalarına riayət edilməsini tələb edən təlimatlar da

işləyib hazırlaya bilər. Bu cür təlimatlar QS-ə və ya müvafiq konvensiyalara istinad edə bilər və hətta fərdi əmək standartları da daxil

olmaqla, daha konkret şərtlər əsasında formalaşdırıla bilər. Şirkət bu təlimatları təchizatçının müqavilələrinə daxil edə bilər. Digər bir imkan

diskriminasiyaya aid fəaliyyətdən boyun qaçırılması, uşaq əməyinin aradan qaldırılması, sağlam iş mühitinin yaradılması və s. məsələlərin

əhəmiyyəti və bunanecə nail olmaq haqqında təchizatçılarla dialoqun başlanmasından ibarətdir.