az | en |

10-cu prinsip: İşgüzar dairələr zorla pul alma və rüşvətxorluq da daxil olmaqla, korrupsiyanın bütün formalarına qarşı iş aparmalıdırlar.

Korrupsiyanın formaları

Korrupsiyanın müxtəlif növləri mövcuddur. Rüşvətxorluğa fayda əldə etmək məqsədilə verilmiş, alınmış və ya vəd edilmiş məbləğlər və

hədiyyələr daxildir. Mənimsəmə şəxs tərəfindən idarə edilməsi ona həvalə edilmiş maliyyə vəsaitinin şəxsi məqsədlərlə qeyri-düzgün istifadəsi

deməkdir. Zorla pul alma kiminsə güc və zor tətbiq etməklə, və ya hədə-qorxu gəlməklə varlanması deməkdir. Bir sıra ölkələr üçün xas olan

zorla pul almanın xüsusi növünü “vasitəçilik üçün ödəniş” təşkil edir. Bu o deməkdir ki, şirkət tərəfindən istifadəsinə artıq rəsmi qaydada

icazə xidmətlər müqabilində həmin şirkətə qarşı əlavə “inzibati xidməthaqqı” tətbiq edilir – məs., bu, tez-tez sərhəd-keçid məntəqələrində baş

verir. Təəssübkeşlik (favoritizm) və qohumpərəstlik (nepotizm) dövlət vəsaitlərinin ayrılması zamanı dövlət rəsmiləri tətəfindən dost-tanışa və

ya qohumlara üstünlük verməkdən ibarətdir.

 Korrupsiyaya qarşı işlərin aparılması

Şirkətlər rüşvətxorluğa, zorla pul almağa və korrupsiyanın digər formalarına cəlb olunmaqdan boyun qaçırmalıdırlar. Eyni zamanda, onlar öz

siyasət və fəaliyyətləri vasitəsi ilə korrupsiayaya qarşı iş aparmalıdırlar. Bunu konkret şirkətin böyüklüyü, yerləşdiyi yer və məşğul olduğu

sənaye növündən asılı olaraq bir sıra müxtəlif yollarla və seçilmiş strategiyalar vasitəsi ilə etmək olar.