az | en |

        1.   Hər yerdə yoxsulluğun bütün formalarına son qoymaq;

     2.   Aclığa son qoymaq, ərzaq təhlükəsizliyinə və təkmilləş­dirilmiş qidalanmaya nail olmaq və davamlı    kənd təsərrüfatına dəstək olmaq;

     3.   Sağlam həyat tərzini təmin etmək və bütün yaş qrupları üçün rifahı yüksəltmək;

     4.   Əhatəli və bərabər keyfiyyətli təhsili təmin etmək və hamı üçün həyat boyu öyrənmə imkanlarını      təbliğ etmək;

     5.   Gender bərabərliyinə nail olmaq və bütün qadın və qızlara səlahiyyət vermək;     

     6.   Hamı üçün su, su kəməri və və kanalizasiya sistemini təmin etmək və bunları səmərəli idarə etmək;      

     7.   Hər kəs üçün münasib, etibarlı, davamlı və müasir enerjidən istifadə imkanı yaratmaq;      

     8.   Hamı üçün dayanıqlı, əhatəli və davamlı iqtisadi artım, tam və məhsuldar məşğulluq və layiqli iş  imkanı yaratmaq;    

     9.   Dayanıqlı infrastruktur qurmaq, əhatəli və davamlı sənayeləşməni dəstəkləmək və innovasiyanı    stimullaşdırmaq;      

     10. Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq

     11. Şəhərləri və insanların yaşayış məskənlərini əhatəli, təhlü­kə­siz, dayanıqlı və davamlı etmək;    

     12. Davamlı istehlak və istehsal strukturunu təmin etmək;

     13. İqlim dəyişikliyi və onun təsirləri* ilə mübarizə aparmaq üçün operativ surətdə tədbirlər görmək;

     14. Davamlı inkişaf üçün okean, dəniz və dəniz resurslarını qorumaq və onlardan səmərəli istifadə etmək;  

     15. Yerüstü ekosistemi mühafizə etmək, bərpa etmək və ondan səmərəli istifadəni təbliğ etmək, meşələri  səmərəli şəkildə idarə etmək, səhralaşma prosesinə qarşı mübarizə aparmaq və torpaqların deqradasiyaya uğraması prosesini dayandırmaq və aradan qaldırmaq və biomüxtəlifliyin itirilməsini dayandırmaq;

     16.  Davamlı inkişaf məqsədilə dinc və hamı üçün bərabər imkanlar yaradan cəmiyyəti dəstəkləmək, hər kəsə məhkəməyə müraciət etmək imkanı vermək və bütün səviyyələr üzrə səmərəli, məsuliyyətli və əhatəli müəssisələr yaratmaq;

     17.  Davamlı İnkişafın həyata keçirilmə vasitələrini gücləndir­mək və qlobal tərəfdaşlığı canlandırmaq.