az | en |

 

İNSAN HÜQUQLARI

1.işgüzar dairələr beynəlxalq səviyyədə bəyan edilmiş insan hüquqlarını öz təsir dairələri çərçivəsində dəstəkləməli və bu hüquqlara hörmət etməlidirlər.

2.İşgüzar dairələr insan hüquqlarının pozulmasında iştirak etmədiklərini təmin etməlidirlər. 

ƏMƏK STANDARTLARI

3. İşgüzar dairələr azad birləşmək və kollektiv danışıqlar aparmaq hüququnun səmərəli şəkildə tanınmasını dəstəkləməlidirlər;

4. İşgüzar dairələr məcburi və icbari əməyin bütün formalarını aradan qaldırılmasını dəstəkləməlidirlər;

5. İşgüzar dairələr uşaq əməyinin qəti şəkildə qadağan edilməsini dəstəkləməlidirlər;

6. İşgüzar dairələr məşğulluq və işlə təmin olunma məsələlərində ayrı-seçkiliyi aradan qaldırmalıdırlar. 

ƏTRAF MÜHİT

7. İşgüzar dairələr ekoloji təhtitlərə ehtiyatla yanaşmanı dəstəkləməlidirlər;

8. İşgüzar dairələr daha böyük ekoloji öhdəlikləri nəzərdə tutan təşəbbüslər irəli sürməlidirlər;

9. İşgüzar dairələr ekoloji cəhətdən zərərsiz texnologiyaların işlənib hazırlanmasına və yayılmasına şərait yaratmalıdırlar.

ANTİ-KORRUPSİYA

10. İşgüzar dairələr zorla pul alma və rüşvətxorluq da daxil olmaqla, korrupsiyanın bütün formalarına qarşı iş aparmalıdırlar.