"Faizsiz Bankçılığa Giriş" kitabı

14.12.2011

Faizsiz Bankçılğa Giriş


       Kitabda Faizsiz Bankçılığın yaranma tarixi, elmi-nəzəri əsasları, dünya maliyyə sistemində yeri, bu tip İnstitutların fəaliyyət prinsipləri öz əksini tapmışdır. Həmçinin, Azərbaycanda dövlət və özəl sektorun maliyyə təminatında Faizsiz Bankların vəsaitlərinin cəlb olunmasının yolları və perspektiv imkanları barəsindəkiməsələlərə də toxunulmuşdur.

        Kitab faizsiz iqtisadi sistem haqqında məlumat almaq istəyən geniş oxucu kütləsi, iqtisadçı tələbə, magistr və gənc alimlər, o cümlədən bank sektorunda çalışanlar həmçinin, sahibkarlar üçün nəzərdə tutulmuşdur.

 

 

          Müəllif: İqtisadiyyat üzrə fəlsəfə doktoru  (PhD) Atakişiyev Ruslan Bahyəddin oğlu

          Elmi redaktor və məsləhətçi: i.e.d. prof. Meybullayev Məhəmmədhəsən Xanlar oğlu

          Tərtibatçı: Radil Fətullayev

          Texniki heyət: Fuad Əkbərov

                                 Cavid Mirzəyev

 

 

      Bu kitab “İdrak” ictimai birliyinin təşkilati, Nikoyl Bankın maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin (İRÖİB) həyata keçirdiyi “Faizsiz bankçılıq və İslam İnkişaf Bankı haqqında nə bilirik?” mövzusundakı layihə çərçivəsində nəşr edilmişdir.