"Qlobal Saziş prinsipləri barəsində sahibkarlıq subyektlərinin maarifləndirilməsi" layihəsi

04.09.2015

 

Tarix: 03.09.2015- 30.11.2015

Layihə haqqında qısa məlumat: 2000-ci ilin iyul ayında təsis edilmiş BMT Qlobal Sazişi (QS) məsul və dayanıqlı korporativ siyasət və təcrübələrin hazırlanması, icrası və açıqlanması üçün liderlik platformasıdır. Bu saziş öz fəaliyyət və strategiyalarını insan hüquqları, əmək, ətraf mühit və korrupsiyaya qarşı mübarizə sahəsində bütün dünyada qəbul edilmiş 10 prinsipə uyğunlaşdırmaqda qərarlı olan şirkətlər üçün strateji siyasət təşəbbüsü olaraq xidmət göstərir.