1992-ci ildə banklara qoyulan əmanətləri almaq mümkündür.

    
Iqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bu məsələ ilə bağlı bildirir: ”Ümumiyyətlə 1992- ci ilin yanvar ayından qoyulmuş əmanətlərin qaytarılması gündəmdə mühüm əhəmiyyət kəsb edir. Bir sıra insanlar 1990-1992 ci illərdə öz vəsaitlərini sovet banklarından çıxarıb, yeni yaranan Azərbaycan banklarına qoydular. Ancaq onlar sonrakı dövrdə məlum olduğu kimi öz fəaliyyətini dayandırdılar. Ümumiyyətlə 1992-ci ildə qoyulan əmanətlərin qaytarılmasına Milli Məclisdə baxılmalıdır, müvafiq sənədlər hazırlanmalıdır və qanun qəbul edilməlidir. Maliyyə Nazirliyinin müvafiq icrası əsasında da hesab edirik ki, dövlət büdcəsindən əvvəlki sovet dövründə olan əmanətlərin qaytaqrılması mexanizminə və təcrübəsinə uyğun, mərhələləli şəkildə həmin vəsaitləri hissə-hissə qaytarmaq olar. Amma mütləq indeksləşmə aparılmalıdır”.
Ekspert bildirir ki, 1992-ci ildə qoyulan əmanətlər hal-hazırda banklar tərəfindən verilmir: "Qeyd edim ki, 1992-ci ildə qoyulan əmanətlərin qaytarılması real deyil. Əmanətçilər banklara gedərək o əmanətləri ala bilmirlər. Bu, böyük problemdir. Həmin vəsaitlər sığortalanmadığına və belə anda bank heç bir öhdəlik daşamadığın görə də əmanətçilərə ödənişlərin edilməsində maraqlı deyillər. Belə olduğu üçün dövlət öz vəsaiti ilə əhaliyə yardımçı olmalı, konpensasiya ödəməlidir”.

 www. movqe.az   2013.03.28