Özəl sektor və dövlət dioloqunun dərinləşməsinin biznes üçün əhəmiyyəti

         Özəl  sektor  və   dövlət dioloqunun  dərinləşməsinin  biznes  üçün

                                                         əhəmiyyəti


Ruslan Atakişiyev iqtisad üzrə fəlsəfə doktoru

   

Bazar iqtisadiyyatlı inkişafı özünün başlıca strategiyası kimi seçmiş ölkələrdə sahibkarlığın tərəqqisinin əsasında rəqabətli şəraitdə özünə müvafiq yerin tutulması dayanır. Azərbaycan da bazar iqtisadiyyatını inkişafının əsas iqtisaməti kimi seçmiş ölkə olaraq sahibkarlığın formalaşması istiqamətində yeni mərhələ açılmışdır.

    Qeyd edək ki, müasir dövrdə satış bazarları, xammal ehtiyatları, insan resurslarına çıxış uğrunda dövltələr arsında yarışdıqları bir dövrdə ölkənin rəqabətədavamlılığı bir yandan da onu təmsil edən şirkətlərin davamlılığından asılıdır. Bu baxımdan milli sahibkarlığın inkişafında şirkətlərlə yanaşı dövlət strukturları, ictimai təsisatlar da maraqlı olmalıdırlar. Cəmiyyəti təmsil edən strukturların özəl sektorla əlbir çalışması sonda şayrı-ayrı şirkətlərin inkişaf etməsinə, onların da bazarda dayanıqlı mövqe tutmasına, işsizliyin azalmasına və dolayə yolla əhalinin rifah halının yüksəlməsinə gətirib çıxaracaqdır.

   Məqaləmizdə əsas diqətimizi rəqabətli bazar iqtisadiyyatı şəraitində biznesin davamlı inkişafına nail olunmasında və ölkənin dünya iqtisadiyyatında payının artmasında başlıca rol oynayan dövlət və özəl sektor münasibətlərindən söhbət açacağıq.

   Dövlət və özəl sektor münasibətləri geniş spektrli bir mövzu olub iqtisadi, sosial, hüquqi, mədəni, siyasi vəs. çalarları özündəəks etdirir. Burada dövlətin özəl sektora yardımları, qanunvericiliyin formalaşdırılması, maliyyə mənbələrinin təqdim olunması, özəl sektorun korporativ sosial məsuliyyəti və s. fəaliyyətlər bu münasibəti xarakterizə edə bilir.

   Bu münsibətlər yuxarıdan aşağı – yəni, dövlətdən özəl sektora, aşağıdan yuxarı – özəl sektordan dövlətə vəparalel ola bilər. Amma, burada biz dövlət və özəl sektor arasındakı dioloğun üzərində dah geniş dayanacağıq.  

   Dialoq dövlət ilə sahibkaların bir-birlərini yaxından anlamaları, problemləri  birgə həll etmələri, təşəbbüsləri və təklifləri ötürmələri baxımdan mühüm əhəmiyət kəsb edir. Bu proses dövlətə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirləri dərinənüfüz etməsinə şərait yaratmaqla yanaşı özəl sektora da fəaliyyəti ilə bağlı qarşılaşdırğı çətinlikləri bir başa olaraq dövlətə çatdırması və onun həllinə qısa yolla nail olması imkanlarını açır.

   Ümumiyyətlə, dialoq formalşması pərakəndə və institutsional xarakterli olur. Pərakəndə dioloqlar qısa müdətli tədbirlərdə sahibkarlarla görüşlər, iş adamlarının ayrı-ayrı dövlət qulluqçıları ilə əlaqələri və s. misal göstərmək olar.

   Dioloqun institutsional xarakter alması üç istiqamətdə baş verir. Dövlət əsaslı, özəl sektor əsaslı və qeyri hökumət təşkilatı formasında.

   Beynəlxalq təcrübədə istinadən ABŞ-da sahibkarlığın inkişafı ilə bağlı çoxlu sayda dövlət, özəl sektor və Qeyri-hökumət təşkilatları mövcuddur. 

    2002-ci ildən sonrakı mərhələ. 2002-ci il sahibkarlığın inkişafı sahəsində Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin yerli və xarici iş adamları ilə aprel - may aylarında keçirilmiş görüşləri ilə əlamətdar olmuşdur. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi olaraq ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə avqust-sentyabr aylarında imzalanmış bir sıra mühüm Fərman və Sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Bu mərhələdə ölkə iqtisadiyyatının yenidən qurulması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahibkarlığın inkişafının sürətləndirilməsini, bu sektorun ölkənin sosial-iqtisadi problemlərinin həllində rolunun gücləndirilməsini, onun fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafı tələblərinə daha da uyğunlaşdırılmasını, bu istiqamətdə dövlət dəstəyi tədbirlərinin çərçivəsinin genişləndirilməsi və onların ünvanlılığının daha da artırılmasını, regionlarda sahibkarlığın inkişafı sahəsində mövcud potensialın reallaşdırılmasını tələb edir.
   “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” bu istiqamətdə həyata keçirilən dövlət tədbirlərinin sistemliliyinin təmin edilməsində mühüm rol oynayaraq ölkədə sahibkarlığın inkişafına böyük təkan vermişdir.


    Sahibkarlığın inkişafının Heydər Əliyev modelinin təməl prinsipləri

Heydər Əliyev tərəfindən müəyyən edilmiş və onun rəhbərliyi ilə uğurla həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyasının aşağıdakı mühüm məqamları nəinki ölkəmizin inkişafında müstəsna rol oynamış, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunə kimi qəbul edilə bilər:


   - Sahibkarlığın inkişafına yönəldilmiş tədbirlərin sistemliliyinin təmini. Sahibkarlığın inkişafı problemlərinin bir-biri ilə əlaqədar olması, onların həllinin müəyyən bir sistemin daxilində reallaşmasını zəruri edir. Belə ki, müəyyən bir istiqamətdə sahibkarların problemlərinin həllinə nail olmaqla ölkədə işgüzar fəaliyyətin əlverişli mühitini təmin etmək mümkün deyil. Dünya iqtisadi təcrübəsi göstərir ki, sahibkarlığın zəruri iqtisadi mühitinin formalaşmasına yönəldilmiş tədbirlərin xüsusi sistem çərçivəsində reallaşması məqsədəuyğundur. Bu qarşıya qoyulmuş strateji məqsədə çatmağı təmin edir.
Ölkəmizdə sahibkarlığın inkişafı üzrə qəbul edilmiş Dövlət Proqramları bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin etmiş, bu tədbirləri vahid strategiyanın həyata keçirilməsinə yönəltmişdir. Sahibkarlığın dövlət müdafiəsinin bu və ya digər variantının seçilməsi ölkənin inkişaf səviyyəsi, hazırkı sosial-iqtisadi şərait, inkişafın müasir mərhələsində qarşıya qoyulmuş vəzifələr və digər amillərin təsiri ilə şərtlənir. Bu amillərin təsiri nəzərə alınaraq, ölkəmizdə sahibkarlığın müdafiəsi və inkişafı dövlət sistemi daxilində əlaqələndirilmiş, Azərbaycan modeli yaradılmışdır.


  - Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilmişdir. Dövlətin uzunmüddətli iqtisadi siyasətinin başlıca istiqamətləri və prinsipləri əsasında sahibkarlığın inkişafı keyfiyyətcə yeni təsərrüfatçılıq münasibətləri sisteminin formalaşmasına əsaslanır. Göstərilən prinsiplər dövlətin sahibkarlığın inkişafında üzərinə götürdüyü öhdəlikləri və sahibkarın cəmiyyətə münasibətdə məsuliyyətinin əsas müddəalarını formalaşdırmışdır. Bu meyarlar dövlətin xüsusi mülkiyyətin və şəxsiyyət azadlığının toxunulmazlığının əsas dəyərlərə çevrilməsinə şərait yaradan sosial-iqtisadi mühitin yaradılmasına təminatı, eyni zamanda sahibkarın dövlətə münasibətdə özünün sosial və hüquqi məsuliyyətini dərk edərək onlardan irəli gələn vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur.


   - Dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması. Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi bu məqsədlə dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkilini zərurətə çevirmişdir. Sahibkarlar artıq mövcud problemlərin həllində iştirak edir. Bu baxımdan yaradılmış mexanizmlər (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Sahibkarlar Şurası, Biznes Tədris Mərkəzləri və s.) dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynamaqdadır.

Heydər Əliyevin sahibkarlığın inkişafı modelinin mühüm səciyyəvi xüsusiyyətlərindən biri həmin model çərçivəsində davamlı inkişaf üçün əsaslı zəminin formalaşmasıdır.
Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu strateji xətt uğurla davam etdirilir. Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 80%-dən çoxdur, məşğul əhalinin isə təqribən 70%-i bu sektorda cəmləşmişdir.

 

 

- Giriş

- Dioloqun zəruriliyi

- Dioloqun formaları

- Beynəlxalq təcrübə ABŞ, B.Britaniya, Türkiyə, Rusiya

- Azərbaycanda dioloqun formaları

- Sahibkarların problemlərinin həllində dioloqun rolu

- Sahibkarların pasivliyi

- Tövsiyələr 


      "EcoVision" jurnalı noyabr buraxılışı 2012

      Bütün müəllif huquqları qorunur.