"Birgə Biznes" modeli açıqlanacaq

03.09.2018
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili” layihəsini icra edir. 7 sentyabr 2018-ci il tarixində saat 09:30-da Beynəlxalq Mətbuat Mərkəzinin Press-konfrans zalında geniş ictimaiyyət üçün Birgə Biznes modeli açıqlanacaqdır. Ünvan: Mətbuat prospekti 23 Seminarın müddəti: 1,5 saat ( saat 09:30-dan, 11:00-a qədər) Seminarın mövzuları: * Birgə biznes modelinin mahiyyəti və növləri * Birgə biznesin qurulması yolları * Birgə biznesə investisiya cəlbi * Birgə biznesdə idarəetmə * Birgə biznes müqavilələrinin növləri * Birgə biznesdə uçot və hesabatlılıq * Birgə biznesdə gəlirin bölüşdürülməsi yolları * Birgə biznesin təşkili üzrə Qanunvericilik Seminarda aşağıdakı qruplara daxil olan şəxslərin iştirakı daha arzuolunandır. -Kiçik sahibkarlıq subyektlərinin nümayəndələri; -ASC, MMC-lərin maliyyə menecerləri; -öz qurduğu biznesə maliyyə axtaranlar; -Müxtəlif Biznes layihələrinə investisiya etmək istəyənlər; -Digər maraqlananlar.