IRÖM yeni layihəyə start verdi.

30.04.2018
İqtisadi Resursların Öyrənilməsi İB Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə " Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili" layihəsinin icrasına başlamışdır. Davamlı iqtisadi tərəqqiyə nail olunması, əhalinin sosial-iqtisadi rifah halının daha da yaxşılaşdırılması, makroiqtisadi dayanıqlığın təmin olunması və regionlarla paytaxt arasında qeyri-bərabər inkişafın aradan qaldırılmasında kiçik və orta sahibkarlığın önə çəkilməsi mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərər alaraq layihənin həyata keçirilməsində məqsəd sahibkarlar arasında birgə biznes modelini aşılamaq yolu ilə onlarda müstəqil şəkildə sərmayəçilərlə birbaşa əməkdaşlıq etmək qabiliyyətinin formalaşdırılmasına nail olmaqdır. Layihə çərçivəsində Birgə biznesə maliyyə cəlbi metodu üzrə kitab nəşr olunaraq bunun əsasında sahibkarlara treyninq keçirilməsi nəzərdə tutulub.