İslam Bankçılığı mövzusunda seminar keçirilmişdir.

28.10.2017

28 oktyabr 2017 ci-ildə Gəncliyə Yardım Fondu (GYF) ilə İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (İRÖM) birlikdə “İslam maliyyəsi” mövzusunda seminar təşkil etmişdirlər. GYF-nin tədris proqramının məsul şəxsi Murad Əlizadə seminarı acıq elan edərək iştirakçıları salamladıqdan sonra sözü İRÖM-ün sədri iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevə verdi. O, da mövzuya İslam iqtisadiyyatı ilə kapitalizm və sosialzim iqtisadi sistemlərinin müqayisəsi ilə başladı. Hər üç iqtisadi sistemin oxşar və fərqli cəhətləri dinləyicilərə çatdırıldı. İslam iqtisadiyyatının digər iqtisadi sistemlərdən üstünlüyü haqqında öz fikirlərini bölüşən Ruslan Atakişiyev bildirdi ki, hər üç sistemdə gəlir əldə etmək nə qədər oxşar olsa da, İslam iqtisadi sisteminin mövcudluğu şəraitində qazanc daha dürüst yollarla formalaşır və bu da nəticədə “davamlı iqtisadiyyat”ın inkişafına gətirib çıxarır. Eyni zamanda onu da qeyd edək ki, seminarın əsas mövzularından biri günümüzdə aktuallıq təşkil edən bank kreditləri, faiz dərəcələri, kreditlərin hesablanması və ödənişi ilə bağlı olmuşdur. Yaşanan problemlərin həllinin Alternativ maliyyə alətlərinin tətbiqində görən Ruslan Atakişiyev mövcud sistemin tərkibində İslam bankçılıq məhsullarının müştərilərə təqdim olunmasının mümkünlüyünü də bildirdi. O, geniş şəkildə İslam bank sisteminin işləmə mexanizmlərindən danışdı. Müştərilərin verdiyi təkliflərin dəyərləndirilməsi, işin hansı prinsiplər əsasında qurulması, qurulan işdən qazancın götürülməsi haqqında iştirakçılara geniş məlumat verildi. İş prosesində ortaqlıq əsasında qazancın əldə olunması və ziyanın sərmayədən çox olduğu situasiyalarda hansı tədbirlər görülməli olduğunu auditoriyanın nəzərinə çatdırdı . Ruslan Atakişiyev nitqini yekunlasdırdıqdan sonra söz Radil Fətullayevə verildi. Radil müəllim öz çıxışına sığorta haqqında məlumat verməklə başladı. Bank sistemində, xüsusilə depozitlərin cəlb edilməsində sığortanın əhəmiyyətindən danışan Radil müəllim daha sonra islam sığortası olan “təkafül” haqqında informasiya verərək nitqinə davam etdi. Təkafülün işləmə pirinsipi ilə iştirakçılar yaxından tanış oldular. Növbəti mərhələdə Radil Fətullayev ənənəvi sığorta ilə “Təkafül” arasındakı oxşar və fərqli cəhərləri izah etdi. Nitqini bitirdikdən sonra Ruslan Atakişiyev və Radil Fətullayev seminar iştirakçılarının məruzə olunan mövzular haqqında barəsindəki suallarını cavablandırdılar. Ən sonda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirildi.