Layihənin yekunu olaraq Tövsiyyə sənədi hazırlanmışdır.

02.11.2017

 İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (İRÖİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Kəndli fermer təsərrüfatlarında uçotun təşkili və alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasına dəstək” layihəsi icra etmişdi. Layihə çərçivəsində “Aqrar sektorda uçotun təşkili və alternativ maliyyələşmə” mövzusunda Samux və Lənkəran şəhərlərində   treyninq-debat keçirilmişdir. Bu treninq –debatlar zamanı “Fermer təsərrüfatlarında Alternativ maliyyələşməyə ehtiyacın qiymətləndirilməsi” üzrə iştirakçılar arasında  sorğu aparılmış və iştirakçıların rəyləri öyrənilmişdir. Aparılmış sorğunun və uçotun təşkili ilə bağlı iştirakçıların  rəyləri təhlil olunmuş və bunun əsasında tövsiyyə sənədi hazırlanmışdır. Qeyd edək ki, sorğu əsasən Azərbaycanda faizsiz maliyyələşməyə kəndli fermerlərin münasibətinin aşkarlanmasına kömək etmişdir. Bu da gələcəkdə İslam maliyyə sisteminin formalaşma istiqamətində bir vəsait rolunu oynayacaqdır .



http://iatm.az/upload/Aqrar_sorgu_tedqiqat_netice_ve_tovsiyeler_son_2017%20(1).pdf