İslam Bankçılığı və Maliyyəsi üzrə treyninq keçirilmişdir.

30.05.2017

Bakıda İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (İRÖİB) ilə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Huda İslam Bankçılığı və Maliyyəsi Mərkəzlərinin (Əl-Huda CİBE) birgə təşkilatçılığı ilə “İslam bankçılığı və maliyyəsi” mövzusunda Malayziya Maliyyə Akkreditasiya Agentliyinin sertifikatlı treyninqi keçirilmişdir.Tədbirin birinci günü 8 may 2017-ci ildə tədbiri giriş sözü ilə İRÖİB-in sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev açaraq tədbirin keçirilməsinin başlıca məqsədləri barəsində iştirakçılara məlumat vermişdir.Tədbirdə Pakistanın Xeybər Bankının məsləhətçisi, AL-Huda CİBE-nin Şəriət Şurasının üzvü Qazi Abdul Samad "Faiz sisteminə yanaşma", "İslam iqtisadiyyat"ı," Ticarət modeli (Murabəha, Musavəma, Salam və İstisna)"," İslam mikromaliyyələşməsi", "İslam sığortası (Təkaful)"," İslam qiymətli kağızları (Sukuk)"," Risklərin idarə olunması" məsələləri üzrə məruzə ilə çıxış etmişdir.Digər məruzəçi Al-Huda CİBE-nin icraçı direktoru Muhamməd Zubeyir Muğal isə İslam bankçılığı və Maliyyə İnstitutları, İslam bankçılığı və maliyyəsinə əsaslanan şəriklilik (Mudəraba, Muşərakə) mövzularında təqdimat etmişdir.Tədbirdə Amrahbankdan, BankBTB-dən, Aqroinvest və s. Tanınmış şirkətlərdən nümayəndələr iştirak etmişdir.Təlim 2 gün davam etmişdir.Sonda tədbir iştirakçılarına beynəlxalq sertifikat təqdim olunmuşdur.