Vergi üzrə Praktiki Təlim

04.05.2017

16 may 2017 -ci ildə İqtisadi Araşdırmalar və Tədris Mərkəzində "Vergi üzrə praktiki təlim " keçiriləcək. Təlimin müddəti 2 ay (32 saat)-dır. Dərslər həftənin II -V günləri, saat 19:00- 21:00 kimi keçiriləcək.  Təlim aşağıdakı mövzuları əhatə edir:

1. Vergi Məcəlləsinin ümümi hissəsi

2. Bütün vergi cərimələri və yaranma səbəbləri

3. Vergi ödəyicisinin hüquqlarını qoruyan maddələr barədə məlumatların verilməsi

4. Vergi məcəlləsində Nağdsız hesablaşmalar və E-qaimə barədə nəzərdə tutulmuş maddələrin həm qanunvericilik həm də praktiki olaraq izah edilməsi

5. Gəlir və Mənfəət vergilərinin qanunvericiliyə uyğun izah edilməsi və bəyannamələrin praktiki olaraq hazırlanması

6. ƏDV bəyannaməsinin qanunvericiliyə uyğun izah edilməsi və bəyannamənin praktiki olaraq hazırlanması

7. Depozit əməliyyatlarının və e-VHF-nın qanunvericilik yönü və praktiki olaraq hazırlanması

8. Əvəzləşmə əməliyyatlarının tam izah olunması

9. Vergi Məcəlləsinə əsasən ödəmə mənbəyində tutulan vergilərin və Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin doldurulma qaydası

10. Aksiz, Əmlak, Torpaq, Yol və Mədən vergilərinin qanunvericilik və praktiki olaraq izah edilməsi

11. Sadələşdirilmiş verginin incəliklərinin qanunvericilik və hesabat verilməsi zamanı nəzərə alınması, dövriyyə və hasilatın fərqinin izah edilməsi 

  12. Vergi orqanları tərəfindən hesablanan bütün növ əlavə vergilərin səbəbləri və həlli yolları

13. Vergilər Naziırliyinin internet səhifələrindən və digər elektron vasitələrdən tam istifadə edilməsi

14. Onlayn Kagüzarlıqdan və E-bəyannamədən istifadənin qaydalarının praktiki olaraq göstərilməsi

15. Elektron qaydada müəssisənin (MMC-nin) qeydiyyatdan keçirilməsinin izah olunması

Təlimçi: İlkin Dövlətov

Təlimçi haqqında:

Təhsil:  2003– 2007 Qafqaz Universiteti, İqtisadiyyat Fakultəsi, Beynəlxalq İqtisadi Münasibətlər Bölümü

İş təcrübəsi:

          İyul 2006 – Avqust 2006, 1 aylıq praktika,Işık Sigorta şirkəti İstanbul, Türkiyə.

İyun 2006—Birlik Siğorta Şirkətində 2 həftəlik seminar-Bakı şəhəri Noyabr 2010-may 2014-cü il tarixləri ərzində etibarən 5 Saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin Kameral Yoxlanması və Təhlil/proqnoz  şöbələrində dövlət vergi müfəttişi, Vergi borclarının alınması və Vergi ödəyicilərinə xidmət şöbələrinin isə rəisi vəzifəsində çalışmışdır.

May 2014-iyun 2016-cı il tarixlərdə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin və Vergilər Nazirliyinin çağrı mərkəzinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. 2017-ci ilin fevral ayınadək, Bakı şəhəri kiçik sahibkarlıqla iş departamentinin  10-cu zonası üzrə şöbə rəhbəri vəzifəsində çalışmışdır.

May 2017-cı il tarixdən etibarən İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi vəzifəsində çalışır.

 QEYDİYYAT ÜÇÜN ZƏNG ET:

 012 480 28 45; 012 432 71 75; 070 511 77 31; 055 333 76 90. VƏ YA “iatm.az” saytına daxil olub Qeydiyyat bölməsində online qeydiyyatdan keçə bilərsiniz. VƏ YA İATM-in ofisinə yaxınlaşıb qeydiyyat blankını doldurmaq lazımdır.

Ünvan: Yasamal rayonu. Mirəli Seyidov 41 (saf suyun yaxınlığı)

e-mail: office@iatm.az