İslam Bankçılığı və Maliyyəsi üzrə treyninq

17.03.2017

Təlimin məqsədi: Azərbaycanda “İslam bankçılığı” sahəsində mütəxəssislərin hazırlanmasıdır.

 

Tarix: 8-9 may 2017-ci il

 

Təlimin müddəti:16 saat (2 gün ərzində saat 09:00-dan 17:00-a qədər olmaqla).

 

Təlimin keçirilmə yeri: Bakı şəhərində yerləşən biznes mərkəzlərindən biri (təlimə 1 həftə əvvəl iştirakçılara dəqiq məlumat veriləcəkdir).

 

Tədrisin metodu: 70%-i mühazirələr, slayd-şou və multimedia təqdimatı, 20% qrup müzakirələri və təcrübə mübadiləsi, 10%-i fərdi və qrup işlərinin təqdimatları

 

Təlimin dili:İngilis (qismən Azərbaycanca)

Sertifikat: Malayziya Maliyyə Akkreditasiya Agentliyini tərəfindən təsdiq olunmuş beynəlxalq dərəcəli sertifikat

 

İştirak haqqı:  499 ABŞ dolları . Qiymətə hər gün iki dəfə çay-kofe, nahar, tərkibində İslam maliyyəsi üzrə 60 kitab, 500 təqdimat və tədqiqat məqalələri olan xüsusi CD və çap şəklində oxu materialları daxildir.

Endirim imkanları:  Bir müəssisədən 2 nəfər nümayəndə iştirak etdiyi halda 20%, 3 nəfər nümayəndə olduğu halda 25%, 4 və daha çox nümayəndə iştirak etdiyi halda 30% endirim vardır. Həmçinin Universitet müəllimləri, tələbə, magistr və doktorantlar üçün - 50% endirim ediləcəkdir.

 

Təlimçilər haqqında məlumat:

Mufti Aziz Ur Rehman. Dini hökmlərin verilməsi üzrə ixtisaslaşmış islam hüququ alimidir. İslam Maliyyə Qurumları üçün Muhasibat və Audit Təşkilatının (AAOIFI) İslam Hüququ Məsləhətçisi Sertifikatı (CSAA) və Peşəkar İslam Mühasibi (CİPA) adına layiq görülmüşdür. Müftilik dərəcəsini Pakistanda Akor Khattak şəhərində yerləşən Dar Ul-Ulum təhsil müəsisəsindən əldə edib. Əsas ixtisas sahəsi əməliyatlar (mua’malat) fiqhində İslam kommersiya əməliyyatları və İslam hüququdur. Həmçinin, Gomal Universitetinin islam təshsili üzrə magistraturasını da bitirmişdir. O, bir neçə kitabın müəllifidir.

Qazi Abdul Samad. İslam hüququ və mikromaliyyə üzrə yüksək təcrübəyə və dərin biliklərə malik peşəkar mütəxəssisdir. Hal-hazırda O, Khyber-Pakistan bankında islam hüququ məsləhətçisi vəzifəsində çalışır. Eyni zamanda Peşavar Universitetinin Menecment Fakultəsində İslam Maliyyə Sistemi üzrə mühazirələr də oxuyur. İndiyə kimi O, bir çox qurumlara islam hüququ üzrə məsləhət və nəzarət xidmətləri göstərib. Çoxlu sayda məqalələrin müəllifi olaraq beynəlxalq konfranslarda bir sıra elmi işlərini təqdim etmişdir.

Muhammad Zubair Muğal. Əl Huda İslam İqtisadiyatı və Bankçılığı Mərkəzinin idarəçi direktoru, İslam Mikromaliyyə Şəbəkəsi (İMFN) və Halal Araşdırma Şurasının baş icraçı direktorudur. Son 11 ildə İslam Bankçılığı və Maliyyəsi sahəsində İslam Maliyyə Mühəndisliyi, Modelləşdirmə, Məhsul Təkmilləşdirilməsi, Bazar və Aralıq təhlil üçün xidmətlər göstərmişdir. İslam Maliyyəsinin daha da tanınması üçün təhsil, araşdırma və konfranslar vasitəsilə əzmlə çalışır. İslam Bankçılığı və Maliyyəsi üzrə yayımlanan “True Banking” adlı jurnalın əsas redaktorudur. Jurnal Muhammad Zubairin İslam maliyyəsi üzrə strateji baxışlarını əks etdirir. Muhammad Zubair Muğal indiyə kimi dünyanın bir çox yerlərində İslam maliyyəsi üzrə özəl və dövlət qurumlarına məsləhət xidməti göstərmişdir.

 

Qeydiyyat üçün məktuba əlavə edilən qeydiyyat blankinini ingilis dilində doldurub info@alhudacibe.com ruslanatakishiyev@yahoo.com ünvanlarına (hər ikisinə mütləq qaydada) elektron şəkildə göndərmək lazımdır. Qeydiyyat (sorğu) blankının elektron variantını həmçinin ruslanatakishiyev@yahoo.comünvanına müraciət etməklə də dərhal əldə edə bilərsiniz. Sorğudakı cavablara əsasən sizin iştirakınızın qeydiyyatı təsdiq olunacaqdır. Hər bir iştirak etmək istəyən şəxs üçün ayrıca blank doldurulmalıdır.

 

Son qeydiyyat tarixi:19 aprel 2017-ci ildir

 

Əlaqə nömrəsi: (012) 432 71 75; (012) 480 28 45;

(050) 531 03 81; (055) 203 07 85; (070) 511 77 31.

 

Əlaqələndirici şəxslər: Radil Fətullayev, Taliyə Bağırlı


 

Təlimin proqramı

 

 

 

ƏSAS MÖVZULAR

ALT MÖVZULAR

Faiz və onun aradan qaldırılması:

 

  • Faiz nədir? Faizin İslamda qadağası;
  • Faizin növləri:

-          Gecikmə Faizi (Riba al-Nasi’ah)

-          İzafi Faiz (Riba al-Fadl)

-          Müasir Bank və Maliyyə Sektorunda Faiz

İslam İqtisadiyyatı:

 

  • Ø İslam İqtisadi sisteminə giriş;

-         İslam  iqtisadiyyatında torpaq, əmək, əməkhaqqı və sahibkarlıq hüququ;

-         İslam iqtisadyyatı ilə Kapitalizm və Sosializm sisteminin müqayisəsi.

Azərbaycanda İslam Bankçılığı və Maliyyə sektoru:

 

  • Ø İslam Bankçılığı və Maliyyəsinə giriş;

-         Qlobal  İslam Bankçılığı və Maliyyə sisteminə baxış;

-         Azərbaycanda İslam Bankçılığı və Maliyyə (potensial və gələcək imkanlar);

-         İslam hüququ baxımından İslam Bankçılığı və Maliyyəsi.

İslam bankçılığı və maliyyəsinə əsaslanan şəriklilik modeli (Mudaraba, Muşaraka)

  • Mudaraba

-        Mudarabanın əsas qaydaları və xüsusiyyətləri;

-        Mudarabada gəlir və ziyanın paylaşılması.

  • Muşaraka

-          Muşarakanın əsas qaydaları və xüsusiyyətləri;

-          Muşarakada gəlir və ziyanın paylaşılması.

  • Azalan muşaraka

-        Azalan muşarakada kirayənin təyini;

-        Azalan muşarakada vahid satış mexanizmi;

-        Azalan Muşarakanın İslam ipotekası baxımından əhəmiyyəti.               

İslam bankçılığı və maliyyəsinə əsaslanan ticarət modeli (Murabaha, Musavama, Salam və İstisna)

 

  • İslam bankçılığında ticarət qaydaları və növləri

-          Ticarətin əsas növləri: (Murabaha, Salam, İstisna, Tavarruq, Musavamah Surf, İna, Tuliya, Vadia və.s.);

-          Keyfiyyətə əsaslanan ticarət (Salah, Fasid, Batil, Maquf, Majul, Muqayyada, Muəccəl və.s.).

  • Murabahanın əsas xüsusiyyətləri

-          Maliyyə aləti kimi Murabaha;

-          Murabaha əməliyyatının mərhələləri;

-          Murbaha müqavilələrlində İslam hüququna uyğunluq və rəsmi sənədləşdirmə;

-          Beynəlxalq ticarətdə murabaha;

-          Murabahanın tətbiqi istiqamətləri və digər aspektləri.

  • Salam və İstisna

-          Əsas qaydalar;

-          Salam və İstisna arasındakı fərqlər;

-          Salam və İstisnanın tətbiqi məsələləri.

İslam Bankçılığı və Maliyyəsinin icarə əsaslı formaları

 

  • İcarə (İslam lizinqi)

-          İcarənin qısa şərhi;

-          İslam hüququ əsasında icarə ilə ənənəvi lizinqin fərqi

-          İcarə (əməliyyat lizinqi) və ənənəvi liziniq (maliyyə lizinqi)

  • İslam əsaslı icarə

-          İcarə məhsulları üçün hüquqi baza;

-          İcarə müqavilələrinin əsas xüsusiyyətləri və əməliyyat mexanizmi.

  • İcarənin tətbiqi istiqamətləri və digər aspektləri

-          İcarənin tətbiqi qaydaları;

-           İcarə: maşın, avadanlıq və uzunmüddətli aktivlərin maliyələşdirilməsi üçün ideal üsul.

İslam sığortası (Təkaful)

 

- Təkafula giriş;

- Təkafulun sturukturu və əməliyyat növləri;

- Təkafulda hüquqi və tənzimləyici çərçivə.

İslam qiymətli kağızları (Sukuk)

- Sukukun mexanizmi ve strukturu;

- Sukukda ən son trendlər.

İslam bankçılığı və maliyyəsində risklərin idarəolunması

 

  • Riskin mahiyyəti və onun idarəolunması yolları

-          Riskin nəzəri əsasları və onun növləri;

-          Törəmə, Future, Hedcinq, SWAP kimi üsulların istifadəsi;

-          İslami nəzərdən risklərin idarə edilməsi;

-          İslamda risklərin idarə edilməsinin əsasları.

  • İslam Bankçılığının risklərinin idarə olunması

-          İslam Bankçılığı və Maliyyə alətlərində (sığortadan başqa) Riskin növləri : Kredit riski, ədalətlilik riski, bazar riski, likvidlik riski, əməliyyat riskləri, gəlirlilik dərəcəsi riski, siyasi risklər, daxili və xarici risklər və.s