Gəncədə sahibkarlar üçün treninq- debat keçirildi.

29.09.2016

 İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı  ilə 28 sentyabr 2016-cı il tarixində Gəncə şəhərində “Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmənin əhəmiyyəti” üzrə treyninq-debatkeçirmişdir. Tədbiri çıxış sözü ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Gəncə nümayəndəsi Babayeva Afina xanım olmuşdur. O, çıxışında ölkəmizdə həyata keçirilən vergi islahatlarının sahibkarların inkişafında rolundan bəhs etdi və sözü İRÖM-ün sədri, layihənin koordinatoru Ruslan Atakişiyevə verdi. O da tədbir  iştirakçılarına Layihənin həyata keçirilməsində başlıca məqsədin kiçik sahibkarlıq subyektlərinə Vergi ödəmənin əhəmiyyətini aşılamaqla onlarda könüllü ödəməyə meylin artırılmasına sövq etmək olduğunu vurğulamışdır. Sonra söz Vergilər Nazirliyi Gəncə şəhəri 12 saylı ərazi vergilər departamentinin vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi Rəşad Şamilova verilmişdir. O, da öz çıxışında verginin hər bir dövlətin iqtisadiyyatındakı müsbət rolundan danışmışdır. Tədbirdə Gəncə şəhərində yerləşən firma rəhbərləri, mühasibləri, fiziki şəxslər iştirak etmişdir. İRÖM-ün eksperti, vergi mütəxəssisi Radil Fətullayevin “kiçik sahibkarlıq subyektlərində Vergi siyasəti” və “Qanunvericiliyə riayət və son düzəlişlər” mövzularında  iştirakçılara treyninq keçmişdir. Tədbirin sonunda iştirakçılarla şəkillər çəkilmişdir