"Islam bankçılığı" mövzusunda təlimlərə başlanıldı.

23.05.2016

 İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TIKA), Türk Katılım Bankaları Birliyi (TKBB), Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, İstanbul Sabahattin Zaim Universiteti (İZU), İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (İRÖİB) və İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM) birgə təşkilatçılığı ilə may ayının 22- də "İslam bankçılığı" mövzusunda təlimlərə başlanılmışdır. Təlim ilk günü Erciyes universitetinin professoru Dr. Ekrem Erdem  "İslam İqtisadi Düşüncəsi" mövzusu ilə treninqə başlamışdır. Təlimlərdə 50- ə yaxın müəllim , mütəxəssis, bank işçiləri iştirak edirdi. Təlimlər  Bülent Ecevit Üniversitenin doç. dr. Hakan Sarıbaş, Sakarya Universitinin doç. dr. Mahmut Bilen, İstanbul S.Zaim Üniversitenin professoru dr. İbrahim Güran Yumuşak, İstanbul Üniversitenin İlahiyat Fakültesi professoru dr. Servet Bayındır mühazirələri ilə davam edəcək.