"Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmə mədəniyyətinin formalaşmasına dəstək" layihəsi

01.05.2016

“İqtisadi Resursların Öyrənilməsi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə may ayını 1-dən "Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmə mədəniyyətinin formalaşmasına dəstək" layihəsinin icrasına başlamışdı. Layihə bir qrup kiçik sahibkarlıq subyektlərində könüllü ödəməyə meylin artırılmasına nail olmaq üçün vergi ödəmənin əhəmiyyəti üzrə maarifləndirici işlərin görülməsini ehtiva edir.

 

Layihədən birbaşa olaraq bir qrup kiçik sahibkarlar, biznes təşəbbüskarları, fermerlər yararlanacaq. Bununla yanaşı, könüllü vergi ödəyənlərin hesabına dolayı yolla cəmiyyət də fayda götürəcək. 

 

Layihənin icrası Bakı, Gəncə və Şamaxı şəhərlərində həyata keçiriləcək.  

 

Layihə çərçivəsində treninqin, debatın keçirilməsi, vergi ödəmənin əhəmiyyəti barəsində kitabçanın çap olunması nəzərdə tutulur.