İRÖM dəyirmi masada iştirak etdi.

18.02.2016

17 fevral 2016-cı il tarixində “Excelsior Hotel & Spa Baku” otelində PR mütəxəssislərinin dəyirmi masası keçirildi. Tədbirdə “AtaHolding” ASC Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, Qlobal Saziş Azərbaycan şəbəkəsinin nümayəndəsi, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse prezidenti Radil Fətullayev “AtaBank” ASC Korporativ Kommunikasiya şöbəsinin rəisi Oruc İbrahimov, Paşa Həyat Sığorta şirkətinin PR meneceri Elnur Hüseynquliyev, “Veysəloğlu” Şirkətlər Qrupu İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov, Qlobal Sazişin Azərbaycan üzrə rəsmi təmsilçisinin köməkçisi/ Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilati və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Xəyalə Məmmədova və digərləri iştirak etdilər. Tədbir zamanı iştirakçılar 2015-ci ildə öz peşə fəaliyyətlərinin yekunları haqqında danışdılar və 2016-cı il üçün planlarını bölüşdülər. Cəmiyyətlə ictimaiyyətlə əlaqələrin maraq doğuran sahələri barədə fikir mübadiləsi aparıldı. Tədbir zamanı həmçinin, PR üzrə təlim treninqi də keçirildi. Tədbirin əvvəlində Ruslan Atakişiyev BMT-nin Qlobal Saziş təşəbbüsü haqqında geniş təqdimat edərək iri şirkətləri bu təşəbbüsə qoşulmağa dəvət etdi. Xəyalə Məmmədova isə Qlobal Sazişin insan haqları və ekologiya ilə bağlı prinsipləri barəsində iştirakçılara müfəssəl məlumat verdi. Radil Fətullayev İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin PR fəaliyyəti o cümlədən xeyriyyə kursları barəsində də təqdimatı həyata keçirdi. Sonda “ATAHolding” ASC Korporativ kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova qeyd etmişdir ki, “Mütəxəssislərin bu cür dəyirmi masaları məhsuldar təcrübə mübadiləsi aparmağa, peşə səviyyəsini yüksəltməyə, praktiki bilikləri mənimsəməyə, cəmiyyətlə əlaqələri yaxşılaşdırmağa kömək edir”.