BMT-nin Qlobal Saziş təşəbbüsü antikorrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın qurulmasında əvəzsiz rol oynayacaq.

18.11.2015

Bildiyimiz kimi, korrupsiya  hər bir dövlətin daxili  və  ciddi problemidir.Korrupsiya eyni zamanda, beynəlxalq səviyyədə izlənilən  və ona qarşı mübarizəninin aparılmasını tələb edən faktordur. “Korrupsiya” sözünün mənşəyi  latın dilindəndir. Mənası “dağıtmaq”, “parçalamaq” deməkdir. Korrupsiya sözünün müasir anlayışı, qanunvericilik, dövlət və bələdiyyə və ya kommersiya təşkilatlarının işçilərinin öz mövqelerindən istifadə edərək,  maddi və mənəvi üstünlüklərə  sahib olmalarıdır. Korrupsiya sosial və iqtisadi inkişafa maneələr törədən, eyni zamanda sahibkarlığın aparılma xərclərini artıran əsas səbəbdir. Ümumilikdə korrupsiyanın səbəbini araşdırsaq, belə qənaətə gələ bilərik ki, insanları korrupsiyaya itələyən hədsiz nəfisi və şəxsi maraqları səbəb olur. İnsanın şəxsi maraqlarını qoruya bilməməsi  birbaşa onun daxili mədəniyyətindən  (tərbiyəsindən) asılıdır.

İnsanın bu addımı atmağa sövq etməsi ətrafdakıların da korrupsiyalaşması, onun yaşadığı mühitdə bu halın normal qarşılanmasıdır.İkinci səbəb kimi insanın qanuni gəlirlərlə özünü və ailəsinin normal dolandırmasının mümkünsüzüyüdür.Üçüncü səbəb kimi cəzasızlıq faktorunu göstər bilərik. Yəni bu aktda iştirak edənlər cəzalanacağından qorxmur və vicdan əzabı çəkmirsə bu hal onun üçün təbii olacaq.Yəni cəzalandırılmaq müəyyən mənada bu işlərə “ son” qoyulmasında mühüm rol oynaya bilər. Bu prosesi iki  faktorla  həyata keçirmək mümkün olar: daxili və xarici.

Daxili faktor insanın vicdanı və mənliyidir.Xarici faktor   isə  dövlət tərəfindən cəzalandırılmasıdır. Korrupsiyanı sosial cəhətdən izah etsək, nəticə olaraq aşağıdakılar baş verir: · Kəskin mülkiyyətçilik bərabərsizliyi yaranır; Yoxsulluq  daha da artır;  Dövləti  tənzimləyən hüquq nüfuzdan düşür;  Hüquq –mühafizə orqanları korrupsiyalaşır bu da, mütəşəkkil cinayətkarlığı möhkəmləndirir; Cəmiyyətdə sosial gərginlik artır. ‰Siyasi sahədə də  korrupsiyanın nəticələri həm cəmiyyət, həm dövlət üçün  çox çətinliklər yaradır: · İqtidara etibar azalır; Beynəlxalq aləmdə ölkənin nüfuzu aşağı düşür; Siyasi rəqabət hörmətsizləşir və azalır; Demokratiyanın iflas riski artır. Bütün bunları nəzərə alıb, tam əminliklə deyə bilərik ki, korrupsiya bütün hallarda millətin mənəviyyatına vurulan dərin zərbədir.

 Bu prosesin qarşısı alınmazsa, daha da geniş yayılarsa, millətin gələcəyi barədə ümidlər azalar. Korrupsiyanı araşdıran bəzi araşdırmacılar, müəyyən hallarda hətta korrusiyaya haqq da qazandırırlar. Məsələn ele hallar olur ki, həmin anda korrupsiyaya qarşı çıxış etmək çətin olur. Məsələn, yəhudilər canlarını, ailələrini qurtarmaq məqsədilə faşistlərə rüşvət verib ölkəni tərk edirdilər.  Eyni zamanda korrupsiyaya haqq qazandırmaq meylliliyi Amerikanlı sosioloq Samuel Filip Hantinqtonun əsərlərindən başlayıb. Onun fikrinə görə: ” İnkişaf etmiş demokratik ölkələrdə korrupsiya demokratik faktor rolunu  oynayır. Proteksionizmə görə proseslərdən uzaq olanlar üçün  korrupsiya  iştirak imkanı yaradır.O, fundamental iqtisadi uyğunlaşma prosesinin təzahürüdür.” Korrupsiya ilə bağlı əməllər demək olar ki, bütün beynəlxalq sazişlərdə beynəlxalq xarakterli cinayətlərə aid edilməklə beynəlxalq cinayətlər strukturuna daxil edilir.

 Transmilli korrupsiya, yəni xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərinin ələ alınması korrupsiyanın ən təhlükəli forması hesab edilir. Bütün bu halların mövcudluğu beynəlxalq antikorrupsiya təşkilatların fəaliyyətini və beynəlxalq əməkdaşlığın qurulmasını vacib və zəruri etməkdədir. İqtisadiyyatın qloballaşması bir çox beynəlxalq siyasi və iqtisadi təşkilatlara korrupsiya problemlərinə daha dərindən diqqət yetirməyə vadar etmişdir.  Belə ki, 1996-cı ildən başlayaraq beynəlxalq və yerli səviyyədə korrupsiya hallarının azaldılması üçün bir çox hüquqi addımlar atılmışdır.

  Bununla bağlı, Korrupsiya hallarının qarşısının alınması üçün qəbul  edilmiş beynəlxalq hüquqi sənədlər və təsis edilmiş beynəlxalq antikorrupsiya təşkilatları bu istiqamətdə atılmış əsas addımlardır. Bundan başqa , BMT-nin bu mövzuda vacib  proqramlarından biri olan  BMT Qlobal Saziş könüllü təşəbbüs proqramıdır ki, bu da   1999-cu ildə keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Kofi Annanın  davamlı inkişaf istiqamətində qlobal səyləri dəstəkləmək üçün  çağırışı zamanı qəbul edilmişdir.  2000-ci ildə rəsmi fəaliyyətə başlayan BMT-nin Qlobal Saziş təşəbbüs proqramı ,  insan hüquqları, əmək normaları, ətraf mühitin qorunması və anti-korrupsiya əleyhinə mübarizə sahəsində 10 prinsip əsasında qurulmuşdur. Qlobal Sazişin anti-korrupsiya ilə  bağlı prinisipinin tətbiqi  gələcəyimiz üçün çox əhəmiyyətlidir:

       “Anti-korrupsiya prinsipi: " Müəssisələr məcburi pul almaq və rüşvətxorluq da daxil olmaqla hər növ korrupsiyaya qarşı mübarizə aparmalıdırlar...” Göründüyü kimi, korrupsiya ilə mübarizə istər beynəlxalq, istərsə də milli səviyyədə prioritet məsələ olaraq qalmaqdadır. Dünyada gedən proseslərin qloballaşması korrupsiya ilə mübarizədə birgə tədbirlərin görülməsini öz növbəsində vacib edir. Belə hesab edə bilərik ki, BMT-nin Qlobal Saziş təşəbbüsünün  anti-korrupsiya prinsipini tətbiq etməklə  korrupsiyaya qarşı səmərəli mübarizəni həyata keçirmək olar. Çünki  korrupsiya ilə mübarizədə  beynəlxalq  təcrübələrdən və texniki yardımlardan faydalanaraq, beynəlxalq sənədlərin  qəbul edilməsini təmin etmək olduqca vacibdir