“Qlobal Saziş prinsipləri barəsində sahibkarlıq subyektlərinin maarifləndirilməsi” seminar- treyninqi keçiriləcək.

28.10.2015

30 oktyabr 2015-ci il tarixində Azərbaycan Türkiyə İş Adamları Birliyinin konfrans zalında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyininin təşkilatçılığı və BMT-nin Qlobal Saziş təşəbbüsünün Azərbaycan nümayəndəliyi ilə birgə “Qlobal Saziş prinsipləri barəsində sahibkarlıq subyektlərinin maarifləndirilməsi” layihəsi çərçivəsində Biznes nümayəndələri üçün seminar-treyninq təşkil olunacaq. Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunur.Tədbirdə Azərbaycanda tanınmış 40-a yaxın şirkətlərin, sahibkarlar Assosiasiyalarının və dövlət qurumlarının nümayəndələri iştirak etməsi nəzərdə tutulur. Belə ki, şəbəkəyə dünyanın 161 ölkəsindən 13,000-dən çox kommersiya qurumu, Universitet, ictimai təşkilat qoşulmuşdur. Azərbaycanda isə bu təşəbbüs 2011-ci ilin noyabr ayından rəsmi şəkildə fəaliyyətə başlamışdır.Qlobal Saziş təşəbbüsü bütün şirkətləri 4 başlıca istiqaməti özündə ehtiva edən 10 prinsip üzrə - insan hüquqları, əmək normaları, ətraf mühitin qorunması və korrupsiya əleyhinə mübarizədə BMT ilə yaxından əməkdaşlıq etməyə çağırır.Qeyd edək ki, tədbir 31 oktyabr 2015-ci il tarixində də davam edəcək..