“Post sovet məkanında İslam bankçılığının inkişaf perspektivləri” mövzusunda konfrans keçirildi.

17.04.2015

2015-ci il aprelin 17-də Xəzər Universitetində Qaydar adına İqtisadi Siyasət İnstitutu ilə birgə  “Post sovet məkanında İslam bankçılığının inkişaf perspektivləri” mövzusunda  konfrans keçirildi. Konfransı giriş sözü ilə başlayan professor Hamlet İsaxanlı tədbirin tanınmış iqtisadçı və dövlət xadimi Yeqor Qaydarın xatirəsinə həsr olunduğunu söyləmişdi. Konfransda Rusiyanın tanınmış iqtisadçıları, İslam bankçılığı üzrə ekspertlər, eyni zamanda, Azərbaycanın bu sahədəki ekspertləri iştirak edirdilər. Konfransda həmçinin İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədr müavini Radil Fətullayev də iştirak etmişdir. Radil Fətullayev konfransda “İslamda mühasibatlığın tarixi və onun ənənəvi uçot və hesabat sistemlərindən fərqi” mövzusunda məruzə ilə çıxış etmişdir. O öz çıxışında indiyə qədər dünyada mövcud olmuş mühasibatlıq məktəblərinin qısa xarakteristikası, onların əsas idealogiyaları və mühasibatlığa yanaşmaları və onların İslam mühasibatlıq məktəbindən fərqləri haqqında danışmışdır. O çıxışında həmçinin İslam mühasibat sistemin əsasları, tarixi inkişaf mərhələləri və günümüzdə ənənəvi mühasibatlıq sistemi ilə onun fərqli cəhətlərini müqayisəli şəkildə təhlil etmişdir.