Tövsiyə sənədinin təqdimatı

19.09.2014

19 sentyabr 2014-cü il saat 1600-1700 radələrində, Beynəlxalq Mətbuat Mərkəzinin Mətbuat zalında “İqtisadi Resursların Öyrənilməsi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirinin artırılması” layihəsinin Tövsiyə sənədinin təqdimatını keçirmişdir.İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri i.f.d. Ruslan Atakişiyev giriş sözü ilə çıxış edərək Tövsiyə sənədini tədbirin iştirakçılarına təqdim etmişdir. Qeyd edək ki, Azərbaycanın qabaqcıl Universitetlərinin ekspertlərinin iştirakı ilə “AZƏRBAYCAN-2020: GƏLƏCƏYƏ BAXIŞ” İNKİŞAF KONSEPSİYASI-ında, müasir təhsil sisteminin formalaşdırılması ilə bağlı təhsilin və elmin inkişafı qarşısında duran vəzifələr müzakirə olunaraq onların təklifləri əsasında Tövsiyə sənədi hazırlanmışdırTövsiyə sənədində universitetlərdə tələbələrin praktikaya cəlbinin genişləndirilməsi, biznes subyektləri ilə əməkdaşlığın artırılması, tədris laboratoriyalarının qurulması, “Ustad” dərslərinin təşkili, müsabiqəli maliyyələşmənin tətbiqi, elmi-tədqiqat işlərinin kommersilaşdırılması və s. üzrə təkliflər öz əksini tapmışdır. Təqdimatda nazirlik və baş idarələrin, Bakıda fəaliyyət göstərən Universitetlərin, KİV-in nümayəndələri iştirak etmişdir. Qeyd edək ki, Tövsiyə sənədi Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Milli Məclisin Elm və Təhsil Komissiyasına, ali məktəblərə göndəriləcəkdir.