Şirkətlərdə intellektual mülkiyyətə əsaslanan innovasiya fəaliyyətinin təşkilinin əhəmiyyəti

13.09.2014

Bazar münasibətlərinin inkişafı iqtisadiyyatda rəqabətin güclənməsinə gətirib çıxarır. Bu zaman şirkətlər öz fəaliyyətlərinin genişləndirilməsi, mövqeylərinin qorunub saxlanılması, müəssisənin iflasdan qorunması istiqamətində gərgin mübarizə aparmalı olurlar. Təbii ki, maddi-texniki, peşəkar insan resursları və davamlı maliyyə təminatına malik olan sahibkarlıq subyektləri rəqabətə daha davamlı olur. Qeyd edək ki, elmin və texnikanın inkişaf etdiyi bir əsrdə şirkətlərin inkiaşfını şərtləndirən innovasiyaların tətbiqinin böyük rolu olduğu getdikcə öz təsdiqini tapır. Artıq şirkətdə innovasiyaların tətbiqi məsələsi müəssisənin yaşaması və inkişafı üçün başlıca amilə çevrilir. Bunu yaxşı anlayan iri və orta şirkətlər özlərində innovasiyanın tətbiqini daha da gücləndirirlər. Son dövrlər Azərbaycan şirkətləri də öz inkişaflarında beynəlxalq təcrübənin tətbiqini sürətləndirməkdədirlər. Bununla onlar həm yerli bazarda mövcud olan rəqibləri üstələməyi həm də beynəlxalq bazara çıxış imkanlarını daha da genişləndirmək strategiyalarını güdürlər. Belə olduğu halda innovasiyalardan istifadə olunması şirkətin imdadına çatan ən əlverişli alətlərdən birinə çevrilir. Yəni,müəssisənin davamlı inkişafının rəhnində onun nə dərəcədə innovasiyaları tətbiq etməsi dayanır. İnnovasiya özlüyündə elmi-tədqiqat, elmi-texniki və eksperimental (təcrübə-konstruktor) fəaliyyətini ehtiva edir. Bu baxımdan iqtisadi ədəbiyyatda innovasiya fəaliyyəti – məhsulun innovasiyası, texniki innovasiya və sosial innovasiya olaraq üç hissəyə ayrılır. Məhsulun innovasiyası dedikdə burada əsas söhbət müəssisənin məhsulunun inkişaf etdirilməsi yolu ilə şirkətin bazar payının artıtırılmasına, maliyyə imkanlarının genişləndirilməsinə, gəlirlərin artmasına, müştərilərin əldə saxlanılmasına, imicin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına nail olmaqdan gedir. Texniki innovasiya isə istehsal gücünün yenilənməsini nəzərdə tutur. Bunun vasitəsilə şirkət enerjidən, xam maldan, əmək resurslarından səmərələi istifadə etmək imkanı əldə edir. Sonda bu kimi innovasiyanın tətbiqi də müəssisənin gəlirlərinin artmasına, şirkətdaxili informasiyadan effektiv istifadə olunmasına, ətraf mühitin qorunmasına, texniki təhlükəsizliyin təmin olunmasına gətirib çıxarır. Sonuncu olan sosial innovasiya isə müəssisənin insan resurslarının yenilənməsi prosesini ehtiva edir. Bu zaman şirkətin əmək bazarında cəlbediciliyinin artmasına, qarşıda dayanan strategiya və məqsədlərə effektiv şəkildə çatmaq imkanlarının yaranmasına, cəmiyyət qarşısında sosial dəyərləin qorunması ilə bağlı məsuliyyətin çoxalmasına şərait yaranır. Şirkətdə innovasiyanın tətbiq edilməsi üçün bir sıra metodlardan istifadə olunur. Müəssisə innovasiya ideyasını tapır və onu qiymətləndirir, biznes-plan qurur, həmin layihənin həyata keçirilməsi üçün maliyyə resurslarını cəlb edir və sonda realizə olunan layihənin idarəedilməsini təşkil edir. Təcrübi olaraq innovasiya məhsulunun hazırlanması mərhələlərini aşağıdakı kimi qruplaşdırmaq olar. İnnovasiya ideyalarının formalaşdırılması, perspektiv ideyaların seçilməsi, təklifin hazırlanması və onun ekspertizası, təklifin əsaslandırılmış biznes-planının qurulması, biznes-planın ekspert qiymətləndirməsi, məhsulun eksperiment istehsalı və real bazar şəraitində sınaqdan keçirilməsi, istehsl sahəsində yenilənməni etmək və məhsulun bazarda dəstəklənməsi, məhsulun geniş miqyaslı istehalının başlanması və bazarda satışı. Şirkətdə innovasiyaların effektiv tətbqiində bir sıra risklər də mövcuddur. Bu baxımdan müəssisə həmin risklərin aradan qaldırlması və proqnozlaşdırılması məqsədilə peşəkar planlar hazırlamalı və onları ardıcıl şəkildə həyata keçirməlidir. Burada sadəcə olaraq bir neçə risklər içərisindən vacib olan birini qeyd etməklə kifayətlənirik. Bu da innovasiya layihəsi barəsində məxfiliyin qorunub saxlanmasıdır. Qeyd edək ki, bir sıra şirkətlər effektiv məxfilik sistemi formalaşdıra bilmədikləri ucbatından innovasiya ideyaları asan şəkildə rəqib firmaların əlinə keçir ki, sonda müəssisə öz yeni məhsulu ilə bazara çıxdıqda bunun artıq başqa bir şirkət tərəfindən satıldığının şahidi olur. Bu kimi riskləri aradan qaldırmaq üçün sərt məxfilik strategiayası hazırlanmalı və onun icrasına yüksək nəzarət tətbqi olunmalı o cümlədən innovasiya layihəsi ilə bağlı çalışanların və əlaqəlli şəxslərin dairəsi maksimum dərəcədə dar olmalıdır. İnnovasiyanın tətbiqi şirkətin rəqsbətqabiliyyətliliyinin artıtılaması baxımındam mühüm əhəmiyyət kəsb etdiyi üçün onun yerli şirkətlər tərəfindən tətbiq olunması da şox vacib məsələlərdəndir.