Dəyirmi masa keçirildi.

30.05.2014

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 30 may 2014-cü il tarixində, Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris korpusunda (Bakı şəhəri, H.Əliyev 135,102 No-iclas zalında) “Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirinin artırılması” layihəsi üzrə Dəyirmi masa keçirmişdir. Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və innovsiyalar üzrə prorektoru, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-koordinasiya şurasının “Ali təhsilin iqtisadiyyatı” komissiyasının sədri, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin baş məsləhətçisi i.e.d. prof. Əvəz Bayramov acılış nitqiylə çıxış etmişdir. O, “Azərbaycan 2020: Gələcəyə baxış inkişaf konsepsiyasında insan kapitalının inkişafında elm və təhsilin vəhdətinin konseptual əsasları barəsində iştirakçılara məlumat vermişdir.Sonra layihənin əhəmiyyətindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin nümayəndəsi Qalib Yaqubov danışmışdır.Növbəti olaraq İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri i.f.d. Ruslan Atakişiyev “Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirlərinin artırılması” layihəsinin təqdimatını etmişdir. Təqdimat zamanı iştirakçılara layihənin məqsədi, tövsiyə sənədini hazırlanması ilə bağlı iş planı və ölkənin sosial-iqtisadi inkişafının əsas prioritetləri haqqında çıxış etmişdir.Sonda tədbir iştirakçıları Tövsiyə sənədinə öz təkliflərini bildirmişdilər. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı, Bakı şəhərində yerləşən 26-ya yaxın Universitetlərdən profesor, müəllim, doktorant və magistrlər, beynəlxalq təşkilatların və yerli QHT-lərin təmsilçiləri iştirak etmişdir.