"Facebook" da II müzakirə keçirildi.

15.05.2014

 Bu gün ölkəmizdə müxtəlif ali təhsil ocaqlarında və elmi-tədqiqat İnstitutlarında yüzlərlə alimlər tərəfindən xeyli sayda tədqiqatlar aparılır. Buna baxmayaraq sahibkarlar, biznes təmsilçiləri, dövlət qurumları, QHT-lər demək olar ki, bu tədqiqatları praktiki baxımdan istifadə edə bilmir. Sizcə bunun səbəbləri nədir? Necə etmək olar ki, Azərbaycan aliminin tədqiqatı sahibkar üçün maraqlı olsun? Alimlərimizin tədqiqatları həm ölkə daxilində həm də beynəlxalq aləmdə daha çox maraq doğursun? Bu layihə çərçivəsində "facebook" sosial şəbəkəsində müzakirəyə çıxarılan II mövzu idi. Müzakirədə iştirak edən Ariz Hüseynov məncə, bunu problem kimi qiymətləndirib, respublika səviyyəsinə çıxarıb aidiyyatı orqanlar tərəfindən müzakirə olunmalı və bu istiqamətdə problemin həlli uçun ortaq bir məxrəcə gəlinməlidir.  Ülvi Quliyev Inkişaf etmiş ölkələrdən alimlər dəvət edib, bizim alimlərlə birgə tədqiqata cəlb edib, bizim alimlərin təcrübəsini artıqmaq olar. Xayal Məmmədli Çünki tədqiqat işlərindəki shərti biznes muhiti faktiki biznes muhiti ile üst-üste düşmür. Fazil Qasimov alimler self-marketing ve networking bacarıqlarını inkişaf etdirməlidir. Vəli Əlibəyov Azərbaycanda hər il yüzlərlə elmi işlər yazılır, amma onların arasında tədqiqat adına layiq işlərin sayı 2-3 faizdən artıq deyil. Nə vaxt ki elmi ad alanlar həqiqi tədqiqatlar aparıb ortaya maraqlı nəticələr qoyacaqlar, onda həm daxildə, həm də xaricdə bu tədqiqatlar maraqla qarşılanacaqlar deyə fikirlərini bildirmişdilər. Qeyd edək ki, bu  müzakirə “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirlərinin artırılması ” layihəsi cərcivəsində müzakirə olunmuşdur.