Sosial şəbəkədə müzakirə keçirildi.

27.04.2014

“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirlərinin artırılması”  layihəsi çərçivəsində  15 aprel 2014 –cü ildə “Facebook” sosial şəbəkəsində  " Bilikli, peşəkar və ixtisaslı bir gənc kadrın formalaşması üçün praktiki biliklər necə əldə oluna bilər? Və gənc asudə vaxtını necə səmərəli keçirə bilər?" mövzusunu müzakirəyə çıxartmışdır. Mövzunu bəyənənlərin sayı 30 nəfərdən artıq olmuşdur. Müzakirələrdə iştirak edən” facebook” sosial şəbəkə iştirakçıları fikir və rəylərini bildirmişdilər..Mirulfət  tələbələr asudə vaxtııi gələcək işiylə bağlı olan kitabları oxumaqla kecirməlidir, yaxud ixtisası üzrə təcrübə qazanmalıdır. Ülvi Quliyev universitetin təşkilatçılığı ilə ixtisasına uyğun müəssisələrə gedib ordakı iş  prosesi ile yaxından tanış olmaqla praktika qazanmaq daha asan olar.  Turan Mahir Universitet tərəfindən tələbələrə asudə vaxtlarında gələcək peşəsi ilə bağlı ilkin treninqlər keçirmək olar.Rüfət Paşa əlbəttə ki, gəncləri elmi fəaliyyətlərə cəlb etmək lazımdır. Nura Xanım ilk növbədə puxtələşmək ve inkişaf etmək istəyən bir gənc güclü iradəli , məqsədyönlü , sağlam düşüncəli olmalıdır. Qazandığı bilik, savad və üstünlqklər bu məqamda onun inkişaf etməsinə müsbət təsir edə bilər. Bundan əlavə inkişaf etmək istəyən və  zirvəni fəth etmək istəyən bir gəncin asudə və boş vaxtı ola bilməz, o mənada ki, bütün zamanlarını lazımlı məlumat və bilikləri öyrənməyə və təkmilləşdirməyə istifadə etməlidir... Dünyada gedən bütün inkişaf proqramlarına uyğun formalaşmalıdır gənclərimiz.... Bütün hallarda insan öz məqsədlərindən  yan keçməməlidir nə qədər çətinlik və neqativ hallarla rastlaşsa belə... Qartal Məmmədov Ancaq aktiv tələbələr üçün bu gün sağlam fikirli və əqidəli kifayətcə təşkilatlarımız, klublarımız var ki, onlara qoşulduqda gənc vaxtını həm özü, həm dövləti, həm də milləti üçün səmərəli keçirir. Burda gənclər təşkilatlarının da fəaliyyəti qənaət bəxşdir Fərrux Rəhimli   elmi araşdırmaların nəticələrinin istehsalahtada və digər sahələrdə tədbiqinin önəminin günü -gündən artdığı müasir dövrdə informasiya texnologiyalarının inkişafı demək olar ki, həyatımızın hər sahəsində özünü göstərir. İçərisində yaşadığımız Kapitalizm sisteminin və Bazar iqtisadiyyatının təsirləri hər bir sahədə olduğu kimi elm sahəsinə də təsirsiz ötüşməmişdir. Belə şəraitdə elmin dövlətdən və ya hansısa fontlardan yardım gözləməkdən çox özü özünü maliyələşdirməsi məsələsi aktuallaşmış, fundametal elmin inkişafının ölkə iqtisadiyyatına gəlir gətirməsi baxımından önəmi daha da artmışdır