“Beynəlxalq İslam maliyyəsi konfransı - 2014: maliyyə alətləri” mövzusunda beynəlxalq konfrans

02.04.2014


                                

                    Beynəlxalq konfrans haqqında ümumi məlumat:

                   (Məqalə ilə çıxış edənlərin iştirakı ÖDƏNİŞSİZDİR)


    Maliyyə mənbələrinin dayanıqlı inkişafı, onlara çıxış imkanlarının asanlığı və kapital resurslarından səmərəli istifadə olunması mikro və makro səviyyədə iqtisadi tərəqqinin əldə olunmasını şərtləndirən başlıca amillərdən biridir.


   Maliyyə bazarının müasir inkişaf mərhələsi onun yeni məhsullarının üzə çıxması ilə şərtlənir. Bu qəbildən keçən əsrin ortalarından başlayaraq meydana çıxan İslam maliyyə institutları getdikcə dünya kapital bazarının inkişafında mühüm rol oynamağa başlamışdır. Qısa bir tarixi yol keçməsinə baxmayaraq İslam kapitalı bu gün dünya maliyyə bazarında 1,3 trln. ABŞ dollarındakı həcmə malikdir. Dünyanın artıq 74 ölkəsində 400-dən çox maliyyə təşkilatı bu yeni sistemi tətbiq edir.


   Müasir rəqabət şəraitində yüksək maliyyə bazarının daha da inkişaf etdirilməsi, kapital axınlarının hərəkətinin asanlaşdırılması, investisiya imkanlarının genişləndirilməsi kapital alətlərinin çoxaldılması məqsədilə İslam maliyyə sisteminin formalaşdırlması mühüm əhəmiyyət kəsb edir.


  Bu reallığı nəzərə alaraq da Azərbaycan Dövlət İqtisad Universiteti, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi ilə birgə olaraq 25-26 noyabr 2014-cü il tarixində Bakı şəhərində “Beynəlxalq İslam maliyyəsi konfransı - 2014: maliyyə alətləri” mövzusunda beynəlxalq toplantını keçirəcəklər.

  Tədbiri keçirməkdə məqsəd İslam maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, ictimai xadimləri, investorları və digər maraqlı tərəfləri bir araya toplayaraq mövzu ətrafında müzakirələr təşkil edərək təkliflər toplamaq, innovativ fikirləri paylaşmaq, iştirakçıların təmsil olunduqları ölkələr üçün İslam maliyyəsinin tətbiqi sahəsində tövsiyələr hazırlamaqdan ibarətdir.




Beynəlxalq konfransla bağlı başlıca tarixlər:


Beynəlxalq konfransa qeydiyyatın başlanması: 01 Mart 2014

Məruzəçilərdən tezislərin və məqalələrin qəbuluna başlanması: 01 Aprel 2014

Məruzəçilərdən tezislərin və məqalələrin qəbulunun son tarixi: 15 Oktyabr 2014

Beynəlxalq konfransda çıxışla bağlı müraciətlərin son tarixi: 22 Oktyabr 2014

Beynəlxalq konfransda iştirak üçün qeydiyyatın son tarixi:25 Oktyabr 2014

Konfransa qeydiyyatın təsdiq edilməsinin son tarixi: 28 Oktyabr 2014

 

Konfrans zamanı aşağıdakı mövzular üzrə bölmələr təşkil olunacaq:


1. İslam Bankçılığı;

2. İslam maliyyəsi üzrə Sığorta fəaliyyəti;

3. Lizinq və digər maliyyə alətləri;

4. Zəkat və xeyriyyə fondları;

5. İslam maliyyəsi üzrə Şərq və Qərb mütəfəkkirlərinin yanaşmaları;

6. İslam maliyyəsinin nəzəriyyəsi və metodologiyası

7. İslam maliyyə mühitinin formalaşdırılması

8. İslam Konfransı Ölkələri arasında investisiyaların axınının sürətlənməsində İslam maliyyə alətlərinin rolu

 

 

                                     Beynəlxaql konfransda iştirak:


Konfransda iştirak 3 şəkildə mümkün olacaqdır:

* Məqalə təqdim edərək çıxış etmək;

* İslam maliyyəsi sahəsində buraxılmış materialların sərgisini keçirmək;

* Dinləyici və müşahidəçi kimi iştirak etmək.

 

      

             Beynəlxaql konfransda məqalə təqdim edərək çıxış etməklə iştirak:

                    (Məqalə ilə çıxış edənlərin iştirakı ÖDƏNİŞSİZDİR)

 

 

QEYD: Bunun üçün iştirakçı annotasiya və məqaləsini, qeydiyyat formasında çıxış istəyini göstərməklə təşkilat komitəsinə müraciət etməlidir.



Bir müəllif yalnız bir məqalə mövzusu ilə çıxış edə bilər;

Məqalə annotasiya və əsas mətn hissəsindən ibarət olur;

Məqalələr konfransın adına və bölmələrdə müzakirəsi planlaşdırılan mövzulara uyğun olmalıdır.

Annotasiya hissəsi ilə bağlı tələblər:

Məqalə azərbaycan, türk, ingilis və ərəb dillərində yazılsa da onun annotasiyası mütləq ingilis dilində tərtib olunmalıdır;

Annotasiya 1 səhifədən çox olmamalıdır. Maksim. 400 söz;

Office Word və PDF şəklində olmalıdır;

Səhifə ölçüləri A4 (210mm x 297mm) 19mm bütün tərəflərindən yer buraxılmalı

Font: Arial, 12 ölçüdə, sətrarası məsafə 1.0;

Məqalənin adı: 85 işarədən çox olmamaqla, 12 şrift və bold (yağlı) yazıda;

Əsas müəllif: adı, familiyası, vəzifəsi, işlədiyi yer

Əlaqə məlumatları: tam ünvanı, telefon nömrələri, e-mail&website məlumatları;

Müştərək müəllif: adı, familiyası, vəzifəsi, işlədiyi yer;

Açar sözlər: maksimum 6 açar söz yazmağınız xahiş olunur;

Geniş mətn üçün olan tələblər:

Minimum 4 səhifə - maksimum 12 səhifə olmaqla, bura bütöv mətn, cədvəllər, şəkillər, ədəbiyyat siyahısı daxildir;

Office Word və PDF şəklində olmalıdır;

Səhifə ölçüləri A4 (210mm x 297mm) 19mm bütün tərəflərindən yer buraxılmalı

Font: Arial, 12 ölçüdə, sətrarası məsafə 1.0;

Mətnin içərisində istinad və sitatlar: Harvard stilində olmalıdır, məsələn: (Jones, 2003), ədəbiyyat siyahısı və istinadlar əlifba srasına uyğun yazılmalıdır.

 

   QEYD: Konfransın adına və bölmələrdə müzakirəsi planlaşdırılan mövzulara uyğun gəlməyən məqalələr təşkilat komitəsi tərəfindən çıxış üçün tövsiyə edilməyəcəkdir.


Beynəlxalq konfransda məqalə təqdim edərək çıxış edən iştirakçı ilə bağlı xərclər: konfransın Təşkilat Komitəsi tərəfindən məqaləsi çıxış və təqdimat üçün seçilmiş iştirakçıların Bakı şəhərində yerləşdirilməsi və qalması, tədbirlə bağlı material, qidalanma və sosial tədbirlərlə bağlı bütün xərcləri tədbirin ev sahibləri tərəfindən ödəniləcəkdir.

  İştirakçıların vətənlərindən Azərbaycanın paytaxtı Bakı şəhərinə gəlməsi və qayıtması o cümlədən viza işləri ilə bağlı xərclər xarici qonaqların özləri tərəfindən ödənilir.


Beynəlxaql konfransda İslam maliyyəsi sahəsində buraxılmış materialların sərgisini keçirməklə iştirak:


 

QEYD: Bunun üçün iştirakçı konfrans dövründə iştirakçılara nümayiş etdirmək istədyi çap məhsulları və bunun üçün ayrılması nəzərdə tutulan yerin ölçüləri barəsində məlumatı təşkilat komitəsinə bildirməlidir.


Sərgi üçün nəzərdə tutulan çap məhsulları ilə bağlı tələblər:


Məhsulun adı

Məhsulun növü (kitab, jurnal və s.)

Hər bir çap məhsulunun qısa xülasəsi (maksimum 300 söz):

Müəlliflər:

Nəşr evinin adı, ünvanı, telefon nömrələri, elektron ünvanları və digər əlaqə məlumatları:

Sərgi olunacaq çap məmulatının ayrılıqda sayı:

Sərgini keçirəcək şəxs haqqında məlumat

 

Beynəlxaql konfransda İslam maliyyəsi sahəsində buraxılmış materialların sərgisini keçirməklə iştirak edən qonaqla bağlı xərclər: konfransın Təşkilat Komitəsi tərəfindən tədbir dövründə çap məhsullarının sərgisinin keçirilməsi məqbul sayılmış şəxslərin və şirkətlərin Bakı şəhərində yerləşməsi və qalması, tədbirlə bağlı material, qidalanma və sosial tədbirlərlə bağlı bütün xərclər iştirakçının özü tərəfindən ödəniləcəkdir.

O cümlədən sərgi keçirənin vətənlərindən Azərbaycanın paytaxtı Bakı şəhərinə gəlməsi və qayıtması həmçinin viza işləri ilə bağlı xərclər xarici qonaqların özləri tərəfindən ödənilir.

 

Təşkilat Komitəsi tərəfindən sərgi keçirənə təkliflər:

Sərgi masası – 1 m2 sahə = 100 Euro

Hotelin bronlaşdırılması konfransın saytında yerləşdirilmiş mehmanxanalarla birbaşa əlaqə qurmaqla aparılır

Aeoroportdan hotelə gəlmə və qayıtma = 50 Euro

Qala ziyafəti bir nəfər üçün = 45 Euro

Bakı şəhərində tur = 35 Euro

Milli mətbəx = 45 Euro

 

Beynəlxaql konfransda Dinləyici və ya müşahidəçi kimi iştirak:

QEYD: konfransda dinləyici və ya müşahidəçi kimi iştirak etmək istəyən şəxs bu barədə məlumatı təşkilat komitəsinə bildirməlidir.

 

  Dinləyici və ya müşahidəçi qismində iştirak edən şəxslərdən heç bir məqalə, annotasiya, sərgi materialı tələb olunmur.

Beynəlxaql konfransda dinləyici və ya müşahidəçi kimi iştirak edən qonaqla ilə bağlı xərclər: konfransın Təşkilat Komitəsi tərəfindən tədbir dövründə dinləyici və ya müşahidəçi kimi iştirakı məqbul sayılmış şəxslərin Bakı şəhərində yerləşməsi və qalması, tədbirlə bağlı material, qidalanma və sosial tədbirlərlə bağlı bütün xərclər iştirakçının özü tərəfindən ödəniləcəkdir.

O cümlədən sərgi keçirənin vətənlərindən Azərbaycanın paytaxtı Bakı şəhərinə gəlməsi və qayıtması həmçinin viza işləri ilə bağlı xərclər xarici qonaqların özləri tərəfindən ödənilir.

 

 Təşkilat Komitəsi tərəfindən Dinləyici və ya müşahidəçi qismində iştirak edən şəxslərə təkliflər:

Şirkət nümayəndələri üçün Beynəlxalq konfransda iştirak haqqı (konfransın materialları, nahar, çay-kofe) = 250 Euro

Akademik heyət üçün Beynəlxalq konfransda iştirak haqqı (konfransın materialları, nahar, çay-kofe) = 150 Euro

Tələbələr və magistrlər üçün Beynəlxalq konfransda iştirak haqqı (konfransın materialları, nahar, çay-kofe) = 100 Euro

Hotelin bronlaşdırılması konfransın saytında yerləşdirilmiş mehmanxanalarla birbaşa əlaqə qurmaqla aparılır

Aeoroportdan hotelə gəlmə və qayıtma = 50 Euro

Qala ziyafəti bir nəfər üçün = 45 Euro

Bakı şəhərində tur = 35 Euro

Milli mətbəx = 45 Euro

 

 

Beynəlxalq konfransa qeydiyyat qaydaları: Tədbirdə iştirak etmək istəyən şəxslər əlavədə göstərilmiş (bax: qeydiyyat blankı) formanı doldurub birbaşa olaraq ruslanatakishiyev@yahoo.com, r.atakishiyev@aseu.az və ya (+99412) 492 59 40; 436 86 74 nömrəli faksa o cümlədən AZ1001, Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət 6, Azərbaycan Dövlət İqtisad Universitetinə göndərə bilərlər.

Qeyd: Göstərilən vasitələrdən biri ilə qeydiyyatdan keçib təsdiq cavabı alanlara digər yollardan istifadə etməyə ehtiyac yoxdur.

Əlaqələndirici şəxs: Ruslan Atakişiyev

 

QEYD: ƏRƏB DİLİNDƏ BEYNƏLXALQ KONFRANSA MƏQALƏ TƏQDİM EDƏNLƏRDƏN XAHİŞ OLUNUR Kİ, EMAİL YAZIŞMALARINDA ONLARA YAXIN OLAN İNGİLİS, TÜRK, RUS, FRANSIZ DİLLƏRİNİN BİRİNDƏN İSTİFADƏ ETSİNLƏR

 

Beynəlxalq konfransın keçirilmə vaxtı və məkanı: 25-26 noyabr 2014-ci il, Azərbaycan, Bakı şəhəri, Bakı Biznes Mərkəzi, AZ 1000, Neftçilər küçəsi 44