Facebookda müzakirə keçirildi.

14.07.2013

“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ali təhsildə qrant maliyyələşdirilməsi mexanizminin formalaşmasına dəstək” layihəsinin  çərçivəsində  11 iyul 2013- cü  “Facebook” sosial şəbəkəsində  "Bu gün universitetlərdə təhsilin keyfiyyətinin artırılmasında Qrant maliyyələşmədirilməsinin tətbiqi lazımdırmı?" mövzusunu müzakirəyə çıxartmışdır. Müzakirədə sosial şəbəkə iştirakçıları öz fikir və rəylərini bildirmişdirlər . Isa Qasimov  Məncə təhsilin keyfiyyətinin yuksəldilməsi butun aspektlərə əhəmiyyətlidir. Ona görə də Qrant maliyyələşmədirilməsinin tətbiqindən əldə edilə biləcək səmərələri araşdıraraq davamlı inkişafa dəstəyin təmin olunması istiqamətində tətbiqini təmin etmək lazımdır. Джейхун Мамедов   Bu gün Azərbaycanda təhsilin səviyyəsi hər birimizi narahat edən məsələdir. Təhsilin səviyyəsi, bu sahədə problemlər, aradan qaldırılması yolları diqqətlə araşdırılmalıdır.  Лейла Намазова  məncə lazimdi,yeniliklər yeridilməlidi təhsildə,Azərbaycanda belə qrantlarin tedbiqi mutləqdir.  Aydin Xan Ebilov  Məndə olan məlumatlara görə Azərbaycan universitetləri hələ belə sivil maliyyələşmə mexanizminin işləkliyinə hazır deyillər.  Dalğa Xatınoğlu  100 faiz lazimdir. Üniversitetlərdə qrant, müəllimlərin və proyekt sahiblərinin sabit maaşdan canlarını qurtarmağa, digər müəllimlər ilə rəqabətə məcbur olmağa, həmçinin yeni idealar ortalığa qoymağa bir motivdir.   Bu qrantı müəyyən tələbələr də hansısa bir ptoyekti ortalığa qoymaqla ala bilərlər.  Бабек Аббасов  Əlbəttə, qrantin ayılması ikitərəfli, həm müəllimərimiz, həm də tələbəlrimiz ucun cox faydali olar. Muəllimlərin maaşi , tələbələrin təqaüdünün kifayət qədər olmaması , onların əlavə iş yerlərində işləməsinə və nəticə etibariyle təhsilimizin keyfiyyətini aşağı düşməsinə səbəb olur. Həmçinin xaricdə təhsillə bağlı qrantin ayrılması ölkəmizin gələcəyi üçün cox vacibdir . Firudin Mammadzade  Hazirda ali təhsilimizin keyfiyyətının artmasına çox böyük ehtiyac var. Əgər bu mexanizm hanıisa formada buna təsir göstərəcəksə dəstəklənməlidir.  Rüfət Hüseynov  məncə bu birbaşa təhsilin gücləndirilməsinə yenilənməsinə təkan verəcək.  Eldar Orucov. Yaxşı təşəbbüsdür dəstəkləyirəm. Mənim fikrincə lazımdır çünki belə qrantlar olsa tələbələr,gənclər həvəslənib oxumağa başlayar,onlarda təhsilə ,oxumağa həvəs artar.