İRÖM qrant imkanlarını araşdıracaq

02.05.2013

“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ali təhsildə qrant maliyyələşdirilməsi mexanizminin formalaşmasına dəstək” layihəsinin icrasına 01 may 2013 –cü ildə başlayacaq. Layihənin məqsədi elmi-texniki, tərəqqinin aparıcı qüvvəsi olan, ali təhsil müəssisələrində çalışan tələbələrin, gənc tədqiqatçıların, professor və muəllim heyətinin beyin gücünü hərəkətə gətirmək, onlarda elmi kəşflərə, innovativ ixtiralara olan meyllərin stimullaşdırılmasına özəl sektoru cəlb etməkdir.