CABİR və İRÖM uşaqlarla gorüşdülər.

23.07.2013


Bu gün CABİR-Azərbaycan Məzunlar Şurası və İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin əməkdaşları Mərdəkan qəsəbəsində yerləşən "Fiziki və əqli qüsürlü, valideyn himayəsindən məhrum olan usaqlar"la görüşmüşdürlər. CABİR-Azərbaycan Məzunlar Şurasının sədri Şahin Bayramov uşaqları salamyaraq hədiyyələrin təqdim olunmasından çox məmnun olduğunu da nəzərə çatdırdı. O, CABİR-in sosial tədbirlər silsiləsindən uşaq evinə baş çəkilməsini çox əlamətdar hesab etdi. Daha çox uşaqlarla ünsiyyəti əsas tutan Ş.Bayramov çıxışını bitirərək hədiyyələrin paylanması ilə məşğul oldu. İqtisadi Resursların Öyrəniləısi Məkrəzinin sədri Ruslan Atakişiyev də öz növbəsində uşaqları salamladı. Uşaqara gətirdikləri hədiyyələri onlara verdi.  Qeyd edək ki, burada yaşayan uşaqların bir hissəsi fiziki qüsurlu olduğu üçün yataq halında qalır, bir hissəsi fiziki qüsurlu olduğundan özünü idarəetmədə çətinlik çəkir, qidalanmada problemi olanlar da vardır. Nümayəndələr otaqlara daxil olaraq yataqda olan uşaqlara da baş çəkdilər, onların başlarını oxşayaraq hədiyyələr verdilər. Uşaqlarla şəkillər çəkdilər. Uşaqların dayələri ilə söhbət aparılaraq onların taleyi ilə maraqlandılar. Dayələr bildirdilər ki, uşaqlar 18 yaşına qədər burada yaşayır, sonra Buzovnada yerləşən orta yaşlılar üçün internata göndərilir. Sonda qocalanlar qocalar evinə göndərilir. Onu da bildirdilər ki, uşaqların əksəriyyətinin valideynləri vardır. Lakin, onlar fiziki və əqli qüsurundan dolayı öz uşaqlarına baxmaq istəmədikləri üçün həmin körpələri bura gətirirlər.  Sonda CABİR heyəti uşaqlarla birgə şəkil çəkdirilərək ayrıldılar. Nümayəndələr üçün bu tədbir o qədər təsirli olmuşdur ki, sonrakı 3 gündə əldə etdikləri təəssüratları unuda bilmirdilər.