"Azərbaycanda Faizsiz maliyyə bazarının inkişaf perspektivləri"

28.09.2012

Sentyabrın 25-də Bakıda Azərbaycan Dövlət İqtisad Universteti (ADİU), İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi və Türkiyə Cümhuriyyəti İstanbul İqtisadi araşdırmalar və Məsləhət İnstitutunun (İSERES) birgə təşkilatçılığı ilə «Azərbaycanda Faizsiz maliyyə bazarının inkişaf perspektivləri» mövzusunda beynəlxalq simpozium keçirildi. Məqsəd faizsiz maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, sahibkarları, investorları, ictimai xadimləri, jurnalistləri, dövlət işçilərini və digər maraqlı tərəfləri bir araya toplayaraq mövzu ətrafında müzakirələr təşkil edərək təklifləri toplamaq, Azərbaycanda yeni investisiya imkanlarını təqdim etmək, iştirakçılar arasında əməkdaşlığın gələcək formalarını işləyib hazırlamaqdan ibarət idi.Simpoziumda Türkiyə, Rusiya, Pakistan, Səudiyyə Ərəbistanı, İran, eləcə də Azərbaycandan faizsiz maliyyə üzrə ekspertlər, universitet professorları və müəllimləri məruzələri ilə çıxış etdilər. Qonaqların arasında İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyindən şöbə rəhbərləri, Milli Məclisin deputatları, ölkədə fəalyyət göstərən bankların, investisiya və kredit təşkilatlarının rəhbərləri yer aldı. Tədbiri Azərbaycan Dövlət İqtisad Universtetinin rektoru, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev açdı. O bütün iştirakçıları salamlayaraq faizsiz maliyyə sisteminin Azərbaycan üçün önəmindən bəhs etdi. Sonra söz simpoziumun baş sponsoru Ansar Lizinq şirkətinin prezidenti Ceyhun Nağıyevəverildi. C. Nağıyev belə bir tədbirə maliyyə vəsaiti ayırdıqlarından böyük məmnunluq hissi duyduğunu bildirdi.Sonra yerli və xarici mütəxəssislərin mühazirələri dinlənildi. Onların arasında Türkiyənin İstanbul İqtisadi Araşdırmlar və Məsləhət İnstitutunun rəhbəri Dos. Dr. Servet Bayındır, ADİU-nun Elm və İnnovasiya üzrə prorektoru prof., i.e.d. Əvəz Bayramov, Səudiyyə Ərəbistanı Umm Al-Qura Universitetinin mühazirəçi prof. Mohammad Alcarf, Pakistan Şəhid Zulfiqar Əli Butto adına Elm və texnologiya İnstitununun (SZABİST) mühazirəçisi Dosent i.f.d. Sanaullah Ansari, ADİU-nun İqtisadi nəzəriyyə-2 kafedrasının müdiri prof. Məhəmmədhəsən Meybullayev, ADİU-nun İqtisadi Araşdırmalar üzrə Elmi-Tədqiqat İnstitununun direktoru prof., i.f.d. Rasim Həsənov, İranın Azərbaycan Milli Elmlər Akademiyasının tədqiqatçısı i.f.d. Faranak Bavardeh, İstanbul Universitetinin mühazirəçisi dos. Dr. Fatih Orum, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri i.f.d. Ruslan Atakişiyev, Pakistan Beynəlxalq İslam Universitetinin mühazirəçisi i.f.d. Hafiz Ghufran Ali Khan, Türkiye Finans Katılım Bankının Maliyyə institutları şöbəsinin müdiri Fatih Bulaç, ADİU-nun Bank işi kafedrasının müəllimi prof., i.e.d. Zahid Məmmədov yer alırdı. Sonda növbəti dövr üçün fəaliyyət planı qəbul edildi.