Sumqayıt şəhərində sahibkarlar və iş adamları üçün Korporativ Sosial Məsuliyyət seminarı

13.09.2012

“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sahibkarlıq subyektlərinn sosial problemlərin həllinə cəlbi” adlı layihə həyata keçirir. qhtxeber.az-a verilən məlumata görə, bu gün layihə çərçivəsində yerli sahibkarlq subyektləri üçün “Korporativ Sosial Məsuliyyəti” adlı seminar keçirilib. Tədbirdə QHT sədrləri və əməkdaşları, yerli sahibkarlarlıq subyektləri, dövlət və özəl universitetlərin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev açaraq layihə çərçivəsindəki görülən işlərdən danışıb. 
Qeyd edək ki layihə çərçivəsində “Biznesin Sosial Məsuliyyəti” adlı kitab nəşr edilib.