MALİYYƏ BÖHRANININ AVROPA İTTİFAQI VƏ AZƏRBAYCAN ÜÇÜN GÖZLƏNİLƏN NƏTİCƏLƏRİ MÜZAKİRƏ EDİLDİ

01.08.2012

31 iyul 2012-ci il tarixində Milli QHT forumunun ofisində İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatı (SDC) tərəfindən maliyyələşdirilən   və Cenevrə Beynəlxalq İnkişaf və Tədqiqatları İnstitutunun CABİR məzunlar şurası ilə  İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER) tərəfindən təşkil edilən “Avropa iqtisadi böhranı: Azərbaycanın inteqrasiya kontekstində" adlı seminar keçrilmişdir. Seminarda əsas çıxışçılar Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitunun mütəxəssisi Aqil Eyvazov, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, Milli QHT Forumunun sədri Rauf Zeyni, Təhsil Cəmiyyəti İ.H.-nin sədri Heydər Abışov idi. Tədbirdə hal-hazırda Avropanı cənginə alan maliyyə böhranına müxtəlif prizmalardan yanaşmaqla onun təməl səbəbləri haqqında məruzələr oldu. Həmçinin iştirakçı qonaqların da aktiv iştirakı ilə qızğın diskusiyalar və fikir mübadilələri şəklində davam edən seminarın sonunda təşkilatçılar seminarın uğurlu alındığını və bu mövzuda təşkil olunan seminarların davam etdirilməsinin gərəkliliyini və bunun üçün gələcəkdə əməkdaşlığa hazır olduqlarını vurğuladılar. Qeyd edək ki, seminarda dövlət, QHT, şirkət nümayəndələri və tələbələr iştirak etmişdir.