“Faizsiz Bankçılğa Giriş” kitabı banklara və ali təhsil müəssisələrinin kitabxanalarına təqdim olundu.

05.05.2012

İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (İRÖM) tərəfindən nəşr olunmuş “Faizsiz Bankçılğa Giriş” kitabı arxada qoyduğumuz aprel ayı ərzində bir sıra qurumlara təqdim olundu. Bu siyahıya 31 bank, 5 bank olmayan kredit təşkilatı, 14 ali təhsil müəssisəsi daxildir.


Qeyd edək ki, kitab “Nikoyl Bank”-ın və “İdrak” ictimai birliyinin maliyyə dəstəyi ilə İRÖM-ün həyata keçirdiyi “Faizsiz bankçılıq və İslam İnkişaf Bankı haqqında nə bilirik?” mövzusundakı layihə çərçivəsində nəşr edilmişdir. Kitab faizsiz iqtisadi sistem haqqında məlumat almaq istəyən geniş oxucu kütləsi, iqtisadçı tələbə, magistr və gənc alimlər, sahibkarlar, o cümlədən bank sektorunda çalışan şəxslər üçün nəzərdə tutulmuşdur.

 

 

İRÖM PR Departamenti