İqtisadi Resursların Öyrənilməsi Mərkəzində SOS şəbəkəsinin gəncləri üçün seminar keçirildi.

10.10.2011

İqtisadi Resursların Öyrənilməsi Mərkəzində SOS şəbəkəsinin gəncləri üçün seminar keçirildi.  

 

Dünən - 9 oktyabr 2011-ci il tarixində İqtisadi Resursların Öyrənilməsi Mərkəzində (İROM) “SOS Uşaq Kəndləri Azərbaycan”-ın gəncləri üçün “CV necə hazırlanmalıdır?” adlı seminar keçirildi.  

 

Seminarı giriş nitqi ilə İROM-un ictimaiyyətlə əlaqələr koordinatoru Araz İsmayılov açdı. O, fəaliyyət göstərdiyi mərkəzlə “SOS Uşaq Kəndləri Azərbaycan” arasındakı mövcud əməkdaşlıqdan bəhs edərək keçirilən seminarın iştirakçılar üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. Sonra “SOS Uşaq Kəndləri Azərbaycan”ın Resurs Mərkəzinin layihə koordinatoru Xanxanım Tahirova İROM-la əməkdaşlıqdan böyük məmnunluq hissi keçirdiyini bildirdi və bu seminarın təşkilatçılığı üçün mərkəzin əməkdaşlarına öz təşəkkürünü bildirdi. Daha sonra İROM-un əməkdaşı Zeynəb Xıdırova seminarın təqdimatına başladı. Təqdimatda iştirakçılara CV-nin hazırlanması qaydası, iş axtarmanın yolları, bu xüsusda diqqət edilməsi gərəkli olan detallar haqqında məlumat verildi. Bundan əlavə Zeynəb Xıdırova iş axtararkən hədəfin müəyyənləşdirilməsi, özünə inam kimi məsələlərin çox əhəmiyyətli olduğunu qeyd etdi. Seminar bitdikdən sonra gənclər praktiki şəkildə boş CV nümunəsi üzərində öz CV-lərini yazdılar. Tədbirin sonunda iştirakçılara təlimin materialı tədim olundu. Qeyd edək ki, İROM tərəfindən “SOS Uşaq Kəndləri Azərbaycan”-ın gəncləri üçün bu cür seminarlar davamlı olaraq təşkil olunacaq.  

 

http://econews.az/index.php?action=static_detail&static_id=55827