İRÖM Zaqatalada seminar təşkil etdi.

05.10.2018

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili” layihəsi çərçivəsində 5 oktyabr 2018-ci il tarixində Zaqatala Rayonunda sahibkarların iştirakı ilə tədbir keçirilmişdir. Seminarın keçirilməsində başlıca məqsəd 2016-cı ildə qəbul olunmuş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol xəritəsində” sahibkarlığın inkişafı ilə bağlı məsələlərə dəstək göstərmək və regionlarda yaşayan sahibkarları bu mövzular ətrafında maarifləndirməkdən ibarətdir. İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev və ekspert Radil Fətullayev öz çıxışlarını əsasən “Birgə biznes modeli”nin üstünlükləri və formaları və “Birgə fəaliyyət”in qanunvericilikdəki əsası, sənədləşdirilməsi, uçot və hesabatı mövzuları ətrafında qurmuşdular.Tədbirdə Zaqatala rayonunda fəaliyyət göstərən fındıqçılıq, arıçılıq, meyvəçilik və s. üzrə sahibkarlar, bələdiyyə nümayəndələri və yerli KİV təmsilçiləri olmaqla 50-yə yaxın şəxs iştirak etmişdir. Qeyd edək ki, daha öncə layihə çərçivəsində 7 sentyabr 2018-ci il tarixində Bakı şəhərində 21 sentyabr 2018-ci il tarixində isə Lənkəran rayonunda çalışan sahibkarlar üçün bu tip treyninqlər keçirilmişdir.