Lənkəranda görüş keçirilmişdir.

24.10.2018

 İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili” layihəsi çərçivəsində 21 sentyabr 2018-ci il tarixində Lənkaran Rayonunda keçirilmişdir.

Layihənin həyata keçirilməsində başlıca məqsəd rayonlarda da Sahibkarlar arasında Birgə biznes modelini aşılamaq yolu ilə onlarda müstəqil şəkildə sərmayəçilərlə birbaşa əməkdaşlıq etmək qabiliyyətinin formalaşdırılmasına nail olmaqdır. Layihənin ictimai əhəmiyyəti, 2016-cı ildə qəbul olunmuş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol xəritəsində” sahibkarlığın inkişafı ilə bağlı məsələlərə dəstək göstərmək və regionlarda yaşaya sahibkarları bu mövzular ətrafında maarifləndirməkdən ibarətdir. Birliyimiz tərəfindən biznesin birbaşa investisiya cəlbi imkanlarının artırılmasına yönəlmiş “Oratqlıq” işgüzar modeli irəli sürülmüşdür. Mətbuat konfransında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti Radil Fətullayev çıxış etmişlər. Natiqlər əsasən “Birgə biznes modeli”nin üstünlükləri və formaları və “Birgə fəaliyyət”in qanunvericilikdəki əsası, sənədləşdirilməsi, uçot və hesabatı mövzuları ətrafında öz çıxışlarını qurmuşdular. Qeyd edək ki, layihə çərçivəsində növbəti treyninq 28 sentyabr 2018-ci il tarixində Zaqatala rayonunda yaşayan sahibkarla üçün keçiriləcəkdir.