“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ali təhsildə qrant maliyyələşdirilməsi mexanizminin formalaşmasına dəstək” layihəsinin icrasına 01 may 2013 –cü ildə başlayacaq. Layihənin məqsədi elmi-texniki, tərəqqinin aparıcı qüvvəsi olan

02.05.2013 Ətraflı

 Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında toplaşmış, elm sahəsində fəaliyyət göstərən 27 QHT rəhbərinin iştirakı ilə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə edilib.

25.04.2013 Ətraflı

Yanvarın 26- da İsveçrənin CABİR-Məzunlar Şurası təşkilatı İqtisadi Resursların Öyrənilməsi Mərkəziylə (İRÖM) birlikdə Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzində tələbə və mütəxəssislər üçün "Layihənin yazılma qaydası və fandreyzinq planı"  mövzusunda seminar keçirmişdi. Tədbirə Karyera Mərkəzinin rəhbəri Fuad Əliyev açılış sözüylə başlamışdı. O, seminarda iştirak edən  nümayəndələrə iştirak etdikləri üçün öz minnətdarlığını bildirdi. O, həmçinin qeyd etdi ki, CABİR-Alumni Azerbaijan tərəfindən təşkil olunan bu cür seminarlarda iştirak etmək xüsusilə gənclərin öz qabiliyyətlərinin inkişafında önəmli rol oynayır. Daha sonra tədbirin keçirilməsində hamıya uğurlar arzu etdiyini bildirdi. Daha sonra söz seminarın təqdimatçısı Ruslan Atakişiyevə verildi.

28.01.2013 Ətraflı


Sentyabrın 25-də Bakıda Azərbaycan Dövlət İqtisad Universteti (ADİU), İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi və Türkiyə Cümhuriyyəti İstanbul İqtisadi araşdırmalar və Məsləhət İnstitutunun (İSERES) birgə təşkilatçılığı ilə «Azərbaycanda Faizsiz maliyyə bazarının inkişaf perspektivləri» mövzusunda beynəlxalq simpozium keçirildi. Məqsəd faizsiz maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, sahibkarları, investorları, ictimai xadimləri, jurnalistləri, dövlət işçilərini və digər maraqlı tərəfləri bir araya toplayaraq mövzu ətrafında müzakirələr təşkil edərək təklifləri toplamaq, Azərbaycanda yeni investisiya imkanlarını təqdim etmək, iştirakçılar arasında əməkdaşlığın gələcək formalarını işləyib hazırlamaqdan ibarət idi.Simpoziumda Türkiyə, Rusiya, Pakistan, Səudiyyə Ərəbistanı, İran, eləcə də Azərbaycandan faizsiz maliyyə üzrə ekspertlər, universitet professorları və müəllimləri məruzələri ilə çıxış etdilər.


28.09.2012 Ətraflı


 

“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Sahibkarlıq subyektlərinin sosial problemlərin həllinə cəlbi” layihəsi çərçivəsində yerli sahibkarlıq subyektləri üçün “Korporativ Sosial Məsuliyyəti” adlı seminar keçirib. 

13.09.2012 Ətraflı

  İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sahibkarlıq subyektlərinn sosial problemlərin həllinə cəlbi” adlı layihə həyata keçirir.

13.09.2012 Ətraflı

Biznesin sosial məsuliyyəti” adlı kitabçası artıq işıq üzü görmüşdür


İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2012-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş birinci maliyyə yardımı müsabiqəsi çərçivəsində ayrılmış qrant vəsaiti hesabına  nəşri nəzərdə tutulan “Biznesin sosial məsuliyyəti” adlı kitabçası  artıq işıq üzü görmüşdür.Kitabça sosial problemlərin həlli istiqamtində biznesə təklif olunan mütərəqqi vasitələr, Azərbaycanda bu sahədə mövcud vəziyyətə yanaşmalar, milli sahibkarlığın bu fəaliyyətə cəlb olunmasının biznesin inkişafı üçün əhəmiyyəti, bu istiqamətdə ictimai təsisatlarla əməkdaşlığın əhəmiyyəti və ictimai birliklərin atacağı addımlar, sosial məsuliyyətin biznes subyektlərində tətbiqi üzrə praktiki misalları özündə ehtiva edir

14.08.2012 Ətraflı