İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirlərinin artırılması”  layihəsi çərçivəsində  15 aprel 2014 –cü ildə “Facebook” sosial şəbəkəsində  " Bilikli, peşəkar və ixtisaslı bir gənc kadrın formalaşması üçün praktiki biliklər necə əldə oluna bilər? Və gənc asudə vaxtını necə səmərəli keçirə bilər?" mövzusunu müzakirəyə çıxartmışdır. Mövzunu bəyənənlərin sayı 30 nəfərdən artıq olmuşdur. Müzakirələrdə iştirak edən” facebook” sosial şəbəkə iştirakçıları fikir və rəylərini bildirmişdilər..Mirulfət  tələbələr asudə vaxtııi gələcək işiylə bağlı olan kitabları oxumaqla kecirməlidir, yaxud ixtisası üzrə təcrübə qazanmalıdır. Ülvi Quliyev universitetin təşkilatçılığı ilə ixtisasına uyğun müəssisələrə gedib ordakı iş  prosesi ile yaxından tanış olmaqla praktika qazanmaq daha asan olar. 

27.04.2014 Ətraflı

İqtisadi  Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev ABŞ-ın Beynəlxalq  Özəl  Sahibkarlıq  Mərkəzinin  maliyyə  dəstəyi ilə Sahibkarlığın  və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun icra etdiyi “İqtisadi islahatlardalider ola biləcək gənclərin yetişdirilməsi” layihəsi çərçivəsində

16.04.2014 Ətraflı

   Maliyyə mənbələrinin dayanıqlı inkişafı, onlara çıxış imkanlarının asanlığı və kapital resurslarından səmərəli istifadə olunması mikro və makro səviyyədə iqtisadi tərəqqinin əldə olunmasını şərtləndirən başlıca amillərdən biridir.


  Maliyyə bazarının müasir inkişaf mərhələsi onun yeni məhsullarının üzə çıxması ilə şərtlənir. Bu qəbildən keçən əsrin ortalarından başlayaraq meydana çıxan İslam maliyyə institutları getdikcə dünya kapital bazarının inkişafında mühüm rol oynamağa başlamışdır. Qısa bir tarixi yol keçməsinə baxmayaraq İslam kapitalı bu gün dünya maliyyə bazarında 1,3 trln. ABŞ dollarındakı həcmə malikdir. Dünyanın artıq 74 ölkəsində 400-dən çox maliyyə təşkilatı bu yeni sistemi tətbiq edir.


  Müasir rəqabət şəraitində yüksək maliyyə bazarının daha da inkişaf etdirilməsi, kapital axınlarının hərəkətinin asanlaşdırılması, investisiya imkanlarının genişləndirilməsi kapital alətlərinin çoxaldılması məqsədilə İslam maliyyə sisteminin formalaşdırlması mühüm əhəmiyyət kəsb edir.


  Bu reallığı nəzərə alaraq da Azərbaycan Dövlət İqtisad Universiteti, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi ilə birgə olaraq 25-26 noyabr 2014-cü il tarixində Bakı şəhərində “Beynəlxalq İslam maliyyəsi konfransı - 2014: maliyyə alətləri” mövzusunda beynəlxalq toplantını keçirəcəklər.

02.04.2014 Ətraflı

“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirlərinin artırılması ” layihəsinin icrasına 03 mart 2014 –cü ildə başlamışdı. Layihə “AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” İNKİŞAF KONSEPSİYASI-nda insan 

03.03.2014 Ətraflı

Sərgidə “Faizsiz Bankçılığa Giriş”, “Azərbaycanda Ali Təhsil Haqlarının Müəyyənləşdirilməsinin Mövcud Vəziyyətivə Təkmilləşdirilməsi Yolları (metodiki vəsait)”, “Korporativ İdarəetmə Haqqında Müxtəsər Anlayış”, “Biznesin Sosial Məsuliyyəti”, “Azərbaycanda Faizsiz Maliyyə Bazarının İnkişaf Perspektivləri”, “Beynəlxalq Uçot və Hesabata Giriş”, “Gənc Sahibkarların Stolüstü Kitabı”, “Ali Təhsildə Qrant Maliyyələşdirilməsi Mexanizminin Formalaşdırılmasına Dəstək Layihəsinin Tövsiyə Sənədi” adlı kitab və məqalələr toplusu iştirakçılara təqdim olunmuşdur. Həmin məhsullar, xüsusən də “Gənc Sahibkarların Stolüstü Kitabı” ziyarətçilərarasında daha çox bəyənilmişdir və 40-a yaxın kitab gənclərə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (İRÖ İB) tərəfindən hədiyyə olunmuşdu.

13.12.2013 Ətraflı



Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-koordinasiya şurasının “Ali təhsilin iqtisadiyyatı” komissiyasının tərəfdaşlığı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən “Ali Təhsildə Qrant maliyyələşdirməsi mexanizminin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində tövsiyə sənədi hazırlanmışdır.  Bu müzakirələrdən əldə olunan təkliflər sistemləşdirilərək yekun tövsiyə sənədi hazırlanmışdır. Bu baxımdan 22 oktyabr 2013-cü il tarixində Mətbuat prospekti, 529 ünvanında yerləşən Beynəlxalq Mətbuat Mərkəzinin Mətbuat zalında təşkil olunmuş tədbirdə məqsəd tövsiyə sənədinin yekun şəklinin KİV nümayəndələrinə təqdim olunmuşdur. 

22.10.2013 Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-koordinasiya şurasının “Ali təhsilin iqtisadiyyatı” komissiyasının tərəfdaşlığı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən “Ali Təhsildə Qrant maliyyələşdirməsi mexanizminin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində tövsiyə sənədi hazırlanmışdır.  Bu müzakirələrdən əldə olunan təkliflər sistemləşdirilərək yekun tövsiyə sənədi hazırlanmışdır. Bu baxıman 22 oktyabr 2013-cü il tarixində Mətbuat prospekti, 529 ünvanında yerləşən Beynəlxalq Mətbuat Mərkəzinin Mətbuat zalında təşkil olunmuş tədbirdə məqsəd tövsiyə sənədinin yekun şəklinin KİV nümayəndələrinə təqdim olunacaq. 

18.10.2013 Ətraflı