Təlimin məqsədi: Azərbaycanda “İslam bankçılığı” sahəsində mütəxəssislərin hazırlanmasıdır.

 

Tarix: 8-9 may 2017-ci il

 

Təlimin müddəti:16 saat (2 gün ərzində saat 09:00-dan 17:00-a qədər olmaqla).

 

Təlimin keçirilmə yeri: Bakı şəhərində yerləşən biznes mərkəzlərindən biri (təlimə 1 həftə əvvəl iştirakçılara dəqiq məlumat veriləcəkdir).

 

Tədrisin metodu: 70%-i mühazirələr, slayd-şou və multimedia təqdimatı, 20% qrup müzakirələri və təcrübə mübadiləsi, 10%-i fərdi və qrup işlərinin təqdimatları

 

Təlimin dili:İngilis (qismən Azərbaycanca)

Sertifikat: Malayziya Maliyyə Akkreditasiya Agentliyini tərəfindən təsdiq olunmuş beynəlxalq dərəcəli sertifikat

 

İştirak haqqı: 499 ABŞ dolları. Qiymətə hər gün iki dəfə çay-kofe, nahar, tərkibində İslam maliyyəsi üzrə 60 kitab, 500 təqdimat və tədqiqat məqalələri olan xüsusi CD və çap şəklində oxu materialları daxildir.

 Endirim imkanları: Bir müəssisədən 2 nəfər nümayəndə iştirak etdiyi halda 20%, 3 nəfər nümayəndə olduğu halda 25%, 4 və daha çox nümayəndə iştirak etdiyi halda 30% endirim vardır. Həmçinin Universitet müəllimləri, tələbə, magistr və doktorantlar üçün - 50% endirim ediləcəkdir.

17.03.2017 Ətraflı

  İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı  ilə 28 sentyabr 2016-cı il tarixində Gəncə şəhərində “Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmənin əhəmiyyəti” üzrə treyninq-debatkeçirmişdir. Tədbiri çıxış sözü ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Gəncə nümayəndəsi Babayeva Afina xanım olmuşdur. O, çıxışında ölkəmizdə həyata keçirilən vergi islahatlarının sahibkarların inkişafında rolundan bəhs etdi və sözü İRÖM-ün sədri, layihənin koordinatoru Ruslan Atakişiyevə verdi. O da tədbir  iştirakçılarına Layihənin həyata keçirilməsində başlıca məqsədin kiçik sahibkarlıq subyektlərinə Vergi ödəmənin əhəmiyyətini aşılamaqla onlarda könüllü ödəməyə meylin artırılmasına sövq etmək olduğunu vurğulamışdır. Sonra söz Vergilər Nazirliyi Gəncə şəhəri 12 saylı ərazi vergilər departamentinin vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi Rəşad Şamilova verilmişdir. O, da öz çıxışında verginin hər bir dövlətin iqtisadiyyatındakı müsbət rolundan danışmışdır.  

29.09.2016 Ətraflı

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı ilə 21 sentyabr 2016-cı il tarixində Şamaxı şəhərində “Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmənin əhəmiyyəti” üzrə treyninq-debat keçirmişdir. İRÖM-ün sədri, layihənin koordinatoru Ruslan Atakişiyev tədbir iştirakçılarına Layihənin həyata keçirilməsində başlıca məqsədin kiçik sahibkarlıq subyektlərinə Vergi ödəmənin əhəmiyyətini aşılamaqla onlarda könüllü ödəməyə meylin artırılmasına sövq etmək olduğunu vurğulamışdır. 

21.09.2016 Ətraflı

  İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı ilə 7 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında “Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmənin əhəmiyyəti” üzrə treyninq-debat keçirmişdir. İRÖM-ün sədri, layihənin koordinatoru Ruslan Atakişiyev tədbir iştirakçılarına layihənin həyata keçirilməsində başlıca məqsədin kiçik sahibkarlıq subyektlərinə Vergi ödəmənin əhəmiyyətini aşılamaqla onlarda könüllü ödəməyə meylin artırılmasına sövq etmək olduğunu vurğulamışdır. Sonra söz Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin baş dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş İlkin Dövlətova verilmişdir. O, da öz çıxışında verginin hər bir dövlətin iqtisadiyyatındakı müsbət rolundan danışmışdır.

07.09.2016 Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İB tərəfindən “Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmə mədəniyyətinin formalaşmasına dəstək” mövzusunda həyata keçirilən layihə çərçivəsində hazırlanaraq çap edilmişdir.
Kitabça kiçik sahibkarlar, təşəbbüskarlar, könüllü vergi ödəmələri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

01.09.2016 Ətraflı

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TIKA), Türk Katılım Bankaları Birliyi (TKBB), Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, İstanbul Sabahattin Zaim Universiteti (İZU), İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (İRÖİB) və İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM) birgə təşkilatçılığı ilə may ayının 22- də "İslam bankçılığı" mövzusunda təlimlərə başlanılmışdır. Təlim ilk günü Erciyes universitetinin professoru Dr. Ekrem Erdem  "İslam İqtisadi Düşüncəsi" mövzusu ilə treninqə başlamışdır. Təlimlərdə 50- ə yaxın müəllim , mütəxəssis, bank işçiləri iştirak edirdi. 

23.05.2016 Ətraflı