İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili” layihəsi çərçivəsində 7 sentyabr 2018-ci il tarixində Bakı Mətbuat Mərkəzində mətbuat konfransı keçirilmişdir. Layihənin həyata keçirilməsində başlıca məqsəd Sahibkarlar arasında Birgə biznes modelini aşılamaq yolu ilə onlarda müstəqil şəkildə sərmayəçilərlə birbaşa əməkdaşlıq etmək qabiliyyətinin formalaşdırılmasına nail olmaqdır.
07.09.2018 Ətraflı
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili” layihəsini icra edir.
03.09.2018 Ətraflı
İqtisadi Resursların Öyrənilməsi İB Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə " Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili" layihəsinin icrasına başlamışdır. Davamlı iqtisadi tərəqqiyə nail olunması, əhalinin sosial-iqtisadi rifah halının daha da yaxşılaşdırılması, makroiqtisadi dayanıqlığın təmin olunması və regionlarla paytaxt arasında qeyri-bərabər inkişafın aradan qaldırılmasında kiçik və orta sahibkarlığın önə çəkilməsi mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərər alaraq layihənin həyata keçirilməsində məqsəd sahibkarlar arasında birgə biznes modelini aşılamaq yolu ilə onlarda müstəqil şəkildə sərmayəçilərlə birbaşa əməkdaşlıq etmək qabiliyyətinin formalaşdırılmasına nail olmaqdır. Layihə çərçivəsində Birgə biznesə maliyyə cəlbi metodu üzrə kitab nəşr olunaraq bunun əsasında sahibkarlara treyninq keçirilməsi nəzərdə tutulub.
30.04.2018 Ətraflı
Təlim İqtisadi Resursların İctimai Birliyinin sədri Ruslan Atakişiyev və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti Radil Fətullayev tərəfindən həyata keçirilib. Təlimdə layihələrin hazırlanması və donor təşkilatlardan maliyyə vəsaitlərinin cəlb edilməsindən bəhs edilib. İştirakçılara öz bizneslərini inkişaf etdirməkdə donor təşkilatların rolu və real layihə nümunəsinin necə hazırlanması haqqında geniş məlumat verilib.
03.03.2018 Ətraflı

 16 dekabr 2017-ci il tarixində “Milli Mühasiblər Forumu”nun (MMF-in) növbəti iclası keçirilmişdir. İclasda əsasən 2018-ci ildə keçirilməsi nəzərdə tutulan “II Milli Mühasiblər Forumu” ilə bağlı bir sıra məsələlər müzakirə olunmuşdur. Bu dəfəki iclasda Azərbaycan Auditorlar Palatası Təşkilat Ko-mitəsinə üzüv qəbul olunmuş və Forumun Loqosu təsdiq edilmişdir. 

18.12.2017 Ətraflı

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (İRÖİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Kəndli fermer təsərrüfatlarında uçotun təşkili və alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasına dəstək” layihəsi icra etmişdi. Layihə çərçivəsində “Aqrar sektorda uçotun təşkili və alternativ maliyyələşmə” mövzusunda Samux və Lənkəran şəhərlərində   treyninq-debat keçirilmişdir. Bu treninq –debatlar zamanı “Fermer təsərrüfatlarında Alternativ maliyyələşməyə ehtiyacın qiymətləndirilməsi” üzrə iştirakçılar arasında  sorğu aparılmış və iştirakçıların rəyləri öyrənilmişdir. Aparılmış sorğunun və uçotun təşkili ilə bağlı iştirakçıların  rəyləri təhlil olunmuş və bunun əsasında tövsiyyə sənədi hazırlanmışdır. Qeyd edək ki, sorğu əsasən Azərbaycanda faizsiz maliyyələşməyə kəndli fermerlərin münasibətinin aşkarlanmasına kömək etmişdir. Bu da gələcəkdə İslam maliyyə sisteminin formalaşma istiqamətində bir vəsait rolunu oynayacaqdır.

02.11.2017 Ətraflı

28 oktyabr 2017 ci-ildə Gəncliyə Yardım Fondu (GYF) ilə İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (İRÖM) birlikdə “İslam maliyyəsi” mövzusunda seminar təşkil etmişdirlər. GYF-nin tədris proqramının məsul şəxsi Murad Əlizadə seminarı acıq elan edərək iştirakçıları salamladıqdan sonra sözü İRÖM-ün sədri iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevə verdi. O, da mövzuya İslam iqtisadiyyatı ilə kapitalizm və sosialzim iqtisadi sistemlərinin müqayisəsi ilə başladı. Hər üç iqtisadi sistemin oxşar və fərqli cəhətləri dinləyicilərə çatdırıldı.

28.10.2017 Ətraflı